backend

Təcili!!! YENI TƏHSİL NAZIRI POSTUNA KİMİN GƏTİRİLƏCƏYİ ACIQLANDI - Xanım deputat barədə sensasion iddialar, müdhiş dosye...

Təcili!!! YENI TƏHSİL NAZIRI POSTUNA KİMİN GƏTİRİLƏCƏYİ ACIQLANDI - Xanım deputat barədə sensasion iddialar, müdhiş dosye...

Təhsil naziri portfelini əldə etmək üçün ən şanslı namizəd deputat Sevinc Fətəliyevadır

FİA.Az-ın mediaya istinadla yaydığı xəbərə görə, Sevinc Fətəliyevanın təhsil naziri təyin olunması ilə bağlı prezident sərəncamı imzalana bilər.

Fətəliyeva başqa namizədlərdən fərqli olaraq, bu posta iddiasını ortaya qoymayıb və bu etimad ona ölkə rəhbərliyi tərəfindən göstərilir.

Son günlər təhsil nazirinin kim olacağı ictimaiyyət arasında və mətbuatda ən çox müzakirə olunan məsələlərdən biridir. Bu xəbəri pia.az yazıb.

S.Fətəliyeva adı biznesdə, qalmaqalda çəkilməyən millət vəkilidir. O, AŞ PA nümayəndə heyətinin üzvüdür. Hakimiyyətin fəal deputatlarından sayılır.

İqtisadçı Qubad İbadoğlu yazmışdı ki, böyük ehtimalla, yeni Təhsil naziri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təqdimatı ilə təyin ediləcək və xanım olacaq.

Onu da nəzərə almaq lazımdır ki, yeni nazir gələn il üçün təsdiq edilmiş 2 milyard manatdan çox təhsil büdcəsini idarə etmək qabiliyyətində olmalıdır

1979 təvəllüdlü Sevinc Fətəliyeva Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatıdır.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini və Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiridir.

2015-ci ildən AŞPA-nın Avropa sosial xartiyası üzrə Alt-Komitəsinin sədr müavini və AŞPA-nın uşaq məsələləri üzrə baş məruzəçisi vəzifəsində işləyir.

AŞPA-da Azərbaycanı uğurla təmsil edən deputatlardan biridir.

Sevinc Fətəliyeva Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Təhsil sahəsində 14 illik pejoqji fəaliyyəti var.

2003-cü ildən Bakı Slavyan Universitetində (BSU) çalışan Sevinc Fətəliyeva 2006-cı ildən bu universitetin İngilis dili filologiyası kafedrasının müdiri vəzifəsində çalışır və filologiya elmləri namizədidir.

FİA.Az-ın mediaya istinadla yaydığı xəbərə görə, məlum sərəncamdan sonra ölkə mətbuatında və sosial şəbəkələrdə yeni təhsil nazirinin kim olacağı barədə müxtəlif fikirlər səsləndirilir.

Səsləndirilən fikirlər arasında təhsil naziri postuna ən ideal namizəd kimi Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin adı çəkilir.

Bir çox təhsil üzrə ekspertlər də məhz Məleykə Abbaszadənin yeni təhsil nazirinə ən ideal namizəd olduğunu bildirirlər.

Təhsil nazirinin kim olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Bu, əlbəttə ki, prezidentin səlahiyyətində olan bir məsələdir. Yəni təhsil strateji sahə olduğuna görə hesab edilir ki, burada daha çox intellektual səviyyəsi, idarəçilik qabiliyyəti yüksək olan şəxsin üzərində dayanılsa, daha yaxşı olar.

Təhsil sahəsində islahatlar artıq başlayıb və bunun davamı mütləq olmalıdır. Qarşıda çox ciddi hədəflər var. Bu hədəflərə çatmaq üçün həmin islahatların rasional davamı vacibdir.

Təhsil Nazirliyi sistemində də çox qabiliyyətli insanlar var. Eyni zamanda bu gün bütün cəmiyyət hiss edir ki, islahatçı rektorlar da artıq görsənir.

Çox qısa bir vaxtda rəhbərlik etdiyi ali məktəbin sıçrayışlı inkişafına səbəb olan, idarəçilik gətirən bir neçə ali məktəb rektoru da var.

Hər halda prezidentin kadr seçimi bu sahədə də düzgün olacaq və Azərbaycan təhsilinin gələcək inkişafına həmin seçim öz töhfələrini verəcək.

Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü isə keçmiş nazir Mikayıl Cabbarovun uğurlu layihələrə imza atdığını və gələn şəxsin də bu layihələri davam etdirməsini istədiyini demişdi:

“Mən təhsil işçisi kimi Məleykə Abbaszadənin, Misir Mərdanovun və Nərgiz Paşayevanın bu posta layiq olduğunu düşünürəm.

Çünki bu insanlar təhsil sistemində işləyən insanlardır. Bu şəxslər təhsilimizin Avropa standartalarına uyğun qurulmasında, onun tələbləri baxımından inkişafında müəyyən xidmətləri olmuş insanlardır".