backend

TƏCİLİ!!! Şiddətli döyüşlər: Ruslar geri çəkildi, türk ordusu YENİ CƏBHƏ AÇDI...

TƏCİLİ!!!  Şiddətli döyüşlər: Ruslar geri çəkildi, türk ordusu YENİ CƏBHƏ AÇDI...

Türkiyənin Afrin əməliyyatında yeni cəbhə açılıb.

Publka.az xəbər verir ki, rus əsgərləri Afrinin Əsəd nəzarətindəki ərazilərə çıxış qapısı olan Tel Rıfatdan çəkilib.

Məlumatlara görə, 80-ə yaxın rus əsgəri Əsədin nəzarətindəki Nubl-Zehra bölgəsinə keçib. Beləliklə, PKK/PYD/YPG işğalındakı Afrində heç bir rus əsgəri qalmayıb. Bu türk ordusunun daha rahat hərəkət etməsinə imkan yaradıb.

Son məlumatlara görə, İdlibin şimalında postlar quran türk əsgərləri Hələb şəhərinin 25 kilometrliyinə qədər yaxınlaşıb. Hələbin yaxınlığındakı El İys kəndində nəzarət məntəqəsi quran “Mehmetçik” beləliklə terrorçuları cənubdan mühasirəyə alıb.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, türk ordusu strateji əhəmiyyətə malik olan Minniğ hava limanına doğru irəliləyir. Bölgədə şiddətli döyüşlər gedir. Türk əsgərləri və Azad Suriya Ordusu 4 cəbhədən Afrinə doğru hərəkətə keçib.

Dünən axşamdan etibarən Türkiyə döyüş təyyarələri Reyhanlı bölgəsi ilə sərhəd olan Cinderes bölgəsini bombalayır. Döyüşlərin bu gün səhər saatlarında da davam etdiyi deyilir.

Türkiyə təyyarələri Tel Abyaddakı PKK qərargahını da darmadağın edib.

Türkiyənin Tel Abyada hücum etməsi bölgədə mənzərəni daha da mürəkkəbləşdirir. Belə ki, Fəratın qərb sahilində yerləşən Tel Abyadda terrorçulara təlim verən ABŞ əsgərlərinin də olduğu deyilir. Türkiyə Afrin əməliyyatının davamı olaraq Şimali İraq sərhədlərinə qədər olan ərazilərdə terrorçuların təmizləyəcəyini açıqlamışdı. Mütəxəssislər qeyd edirlər ki, türk əsgəri Fəratın qərbinə keçəcəksə, burada Amerika əsgərləri ilə üz-üzə gələ bilər. ABŞ prezidenti Donald Trampın dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığında “Amerika və Türkiyə əsgərlərinin toqquşmasından çəkinmək lazımdır” deməsi də bölgədə böyük toqquşma təhlükəsinin olduğunu göstərir.