backend

“Zeytun budağı” əməliyyatında terrorçulara ağır zərbə — 306 terrorçu öldürülüb

“Zeytun budağı” əməliyyatında terrorçulara ağır zərbə — 306 terrorçu öldürülüb













Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir.
Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyat nəticəsində 306 terrorçu məhv edilib. Terrorçulara aid 25 hədəf vurulub.

“Gün ərzində SQ tərəfindən keçirilən əməliyyat nəticəsində PKK, YPQ, PYD və İŞİD-ə məxsus sığınacaqlar, silah anbarı, atəş nöqtələri kimi istifadə olunan 25 hədəf məhv edilib. Əməliyyatda iştirak edən 14 təyyarə bazaya qayıdıb. Əməliyyat başlayandan indiyədək PKK, YPQ, PYD və İŞİD-ə məxsus 306 terrorçu zərərsizləşdirilib. "Zeytun budağı" əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox sayda canlı qüvvə itiriblər.