backend

SON ANDA!!! Bakının mərkəzində güclü PARTLAYIŞ: “28 May” stansiyasının yaxınlığında bir necə obyekt yerlə-yeksan oldu - Yaralı var - YENİLƏNİB

SON ANDA!!! Bakının mərkəzində güclü PARTLAYIŞ:   “28 May” stansiyasının yaxınlığında  bir necə obyekt yerlə-yeksan oldu - Yaralı var -  YENİLƏNİB

28 Maydakı mağazalara, universitet binasına və notariusa ziyan dəydi

"Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”. İstiPress-in məlumatına görə, bunu açıqlamasında hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib.

Hadisədən sonra 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
SON ANDA!!! Bakının mərkəzində güclü PARTLAYIŞ:   “28 May” stansiyasının yaxınlığında  bir necə obyekt yerlə-yeksan oldu - Yaralı var -  YENİLƏNİB
İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, partlayış zamanı 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudov yanıq xəsarətləri alıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Metronun “28 May” stansiyasının yaxınlığında baş vermiş partlayış zamanı bir necə obyektə, o cümlədən universitet, notarius binasına ziyan dəyib. Hadisə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas binasının şüşələri qırılıb.

Saat 09:45

Səhər saatlarında Bakının mərkəzində partlayış baş verib. İstiPress-in məlumatına görə, hadisə 28 May metrostansiyasının yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hündürmərtəbəli binalardan birinin altında yerləşən obyekt partlayıb. partlayışdan sonra yanğın başlayıb.

Partlayışa qaz sızmasının səbəb olduğu istisna edilmir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Ərazidəki bəzi mağazalara da ziyan dəyib.

SON ANDA!!! Bakının mərkəzində güclü PARTLAYIŞ:   “28 May” stansiyasının yaxınlığında  bir necə obyekt yerlə-yeksan oldu - Yaralı var -  YENİLƏNİB