İsrail əskərləri etiraz aksiyası keçirən fələstinlilərə qarşı rezin və döyüş gülləsindən istifadə ediblər. "Ölkə.Az" xəbər verir ki, fələstinlilər İsrailin Qəzza sektoruna tətbiq etdiyi blokadaya etiraz ediblər. İnsident nəticəsində 9 nəfər xəsarət alıb. Fələstinin səhiyyə nazirliyi tərəfindən verilən açıqlamada deyilir: "İsrail əskərləri etiraz aksiyası keçirən fələstinli gənclərə atəş açıblar. Nəticədə 9 nəfər yaralanıb. Yaralıların vəziyyəti normaldır".