backend

Nəsimi rayonunda 1000-ə yaxın abonent qazsız qaldı — Partlayışa görə

Nəsimi rayonunda 1000-ə yaxın abonent qazsız qaldı — Partlayışa görə














“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışın baş verdiyi əraziyə gəlib.
AZTB.info xəbər verir ki, “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev “APA-Economics”ə bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

"Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, Nəsimi rayonu Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanın zirzəmisində partlayış baş verib.

Nəticədə bir nəfər ağır xəsarət alıb.