backend

Siyavuş Novruzov: İŞİD-ə qarşı müharibədə Azərbaycan Türkiyəyə dəstək verəcək

Siyavuş Novruzov: İŞİD-ə qarşı müharibədə Azərbaycan Türkiyəyə dəstək verəcək






















“Hələlik nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa gəlməyiblər”

İŞİD Türkiyə ərazisində təhlükə yaradacaqsa, Azərbaycan strateji müttəfiq kimi Türkiyəni hərtərəfli şəkildə dəstəkləyəcək.

qaynarxett.az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı təhlükəsizlik müqavilələri buna imkan verir.

“Lakin Türkiyə hələ ki İŞİD-ə qarşı müharibəyə başlamayıb. Baş nazirin koalisiya qüvvələri qarşısında şərti var ki, Türkiyə İŞİD-ə qarşı o zaman quru əməliyyatlarına başlayacaq ki, bu əməliyyatlar sonradan Suriyada davam edəcək. Hələlik nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa gəlməyiblər”, - deyə komitə üzvü vurğulayıb.