backend

"Toyumuz Azərbaycanda olmayacaq"

"Toyumuz Azərbaycanda olmayacaq"














Əkiz bacılar Sevil və Sevinc Səfərovaların son günlər barmağında üzüklə dolaşması söz-söhbətə səbəb olub.

AZTB.info axşam.az-a istinadən bildirir ki, müğənnilər "Lider maqazin"ə açıqlamasında nişanlamaları ilə bağlı sualları cavablandırıblar:

"Ərə getsək də, getməsək də heç kim bilməyəcək. Mənim şəxsi həyatım ailəmə və özümə məxsusdur. Hamı bizi təbrik edir. Deyirlər ki, barmağındakı üzük diqqət çəkdi. Bu mənə məxsusdur. Ailə həyatı qurduğum insanın ailəsi var. Hörmətli ailə olduğu üçün bəlkə istəmir kimsə bilsin. Dəbdədəbəli toy etməyəcəyik. Bizim toyumuz sakit, hətta Azərbaycanda belə keçməyəcək ki, heç kim bilməsin".