backend

Xatirə İslam boşandı – İDDİA

Xatirə İslam boşandı – İDDİA













Tanınmış müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddindən ayrılması ilə bağlı iddialar yayılıb.

Onlar bir neçə ay öncə ayrılıblar. İfaçının son günlər mətbuata verdiyi açıqlamalar da bu iddiaları gücləndirən digər səbəblərdəndir.
"Bir neçə arzum reallaşdı. Nə olduğunu açıqlamayacam. Mənə və ailəmə aid idi. Arzularımın reallaşması məni sevindirdi. Qəşəng il oldu”.

Xatirənin "Xəzər maqazin” proqramında ona verilən "Həyat yoldaşınız geyimlərinizə qarışırmı” sualına "Ümumiyyətlə özümə aid olan suallara cavab verirəm, bura başqa adamları qarışdırmayaq” deyə cavab verməsi də ağıllarda sual işarəsi yaradıb.

Xatirənin sosial media hesabında həyat yoldaşı ilə üç aydan çoxdur foto paylaşmaması da diqqətdən yayınmayıb. Onların sonuncu fotosu oktyabr ayında paylaşılıb.

Qeyd edək ki, cütlük 11 iyun 2012-ci il tarixində evlənmişdi. Onların Emil adlı bir oğlu var.

minval.info