backend

ABŞ 11 təhlükəli ölkədən miqrant qəbulunu bərpa etdi

ABŞ 11 təhlükəli ölkədən miqrant qəbulunu bərpa etdi














ABŞ hökuməti 11 ölkədən miqrant qəbuluna edilən qadağanı ləğv edib.
Bununla yanaşı, yoxlama qaydaları sərtləşdirilib. Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen məlumat verib.

Onun sözlərinə əsasən, hökumət bu ölkələrdən miqrant kimi müraciət edənlərə qarşı təhlükəsizlik tədbirlərini artıracaq. Məqsəd terrorçulara, cinayətkarlara və fırıldaqçılara bu proqramdan istifadə etməyə imkan verməməkdir: "Bu dəyişiklik bizə nəinki özümüzü müdafiə etməyə, eyni zamanda əsl qaçqınlara təqibdən qurtulmağa da imkan verəcək".
Bundan sonra müəyyən ölkələrin vətəndaşları ABŞ-a giriş etmək üçün əlavə yoxlamalardan keçəcəklər. Təhlükəli ölkələr siyahısı isə hər 7 aydan bir dəyişəcək. Rəsmi olaraq bu siyahı çıxmasa da, mətbuatın xəbərinə əsasən, Misir, İran, İraq, Yəmən, Şimali Koreya, Liviya, Mali, Suriya, Somali, Sudan və Cənubi Sudan daxildir.