backend

Yuşenko: Bu, Rusiyanın Qarabağda apardığı müharibənin eynidir

Yuşenko: Bu, Rusiyanın Qarabağda apardığı müharibənin eynidir






















“Ukrayna Moskvanın imperiya planlarının kiçik bir hissəsidir”.

Vladimir Putin Ukraynada baş verənləri elə təqdim edir ki, guya orada ukraynalılar ukraynalılarla döyüşür, guya bu yalnız Ukraynanın daxili işi olan vətəndaş müharibəsidir. Və təəssüf ki, Putin bu işdə uğura nail olur.

qaynarxett.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko Avstriyanın Profil jurnalına müsahibəsində bildirib.

“Mənim son bir neçə ayda Ukrayna böhranını müzakirə etdiyim insanların əksəriyyəti bu nəzər nöqtəsindən çıxış ediblər.

Lakin əgər bütün kartları masaya düzsək, məlum olar ki, “bu müharibə Rusiyadan gəlir. Bu müharibə Rusiyanın Dağlıq Qarabağ, Moldova, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Krımda apardığı müharibənin eynidir. Və bu müharibədə təkcə Rusiya və Ukrayna qarşı-qarşıya gəlməyib. Putin, əslində məqsədi Rusiyaya fövqəldövlət statusunu qaytarmaq siyasi layihəsini həyata keçirir və Krım bu baxımdan onu hər şeydən az maraqlandırır”.

Yuşenkonun sözlərinə görə, Qərb və Avropa Ukraynadakı münaqişəni “Avropanın, Qərbin və ümumilikdə dünyanın problemi kimi” nəzərdən keçirməyə başlamalıdır, çünki “Ukrayna Moskvanın imperiya planlarının kiçik bir hissəsidir”.