backend

GƏCƏNİN BƏD XƏBƏRİ - Aərbaycanda axır ki, bunu da rəsmiləşdirdilər...

GƏCƏNİN BƏD XƏBƏRİ - Aərbaycanda axır ki, bunu da rəsmiləşdirdilər...

Azərbaycan təhlükəli təbəqələşməyə doğru gedir

Dövlət İmtahan Mərkəzinin ali məktəblərə və dövlət qulluğuna qəbul imtahanları üçün xüsusi ödəniş tələb etməsi sadə insanlar tərəfindən «rüşvətin rəsmiləşdirilməsi» kimi dəyərləndirilir.

İstiPress-in məlumatına görə, müxtəlif KİV-lərin redaksiyalarına və ya curnalistlərə müraciət edən sadə vətəndaşlar imtahanlar üçün tələb olunan vəsaitlərin çox ağır olduğunu deyirlər.

“İşsiz adam üçün dövlət qulluğu üçün imtahana girməyə görə 120 manat tələb edirlər. İşsiz adam bu qədər pulu hardan alsın? Həmin imtahandan müsbət keçərsə, uzağı 150-200 manatlıq işlə təmin ediləcək. Bu, sovet dövründə iş yerlərinə girmək üçün kadrlar şöbəsinin işçilərinin tələb etdiyi rüşvətdən daha ağır şərtdir. Sovet dövründə 100-200 manat rüşvətr alırdılar, amma insana ayda 200 manata qədər maaşlı işə düzəldirdilər. Yəni iş axtaran uzağı bir ayın maaşını itirirdi, əvəzində iş tapırdı. Amma indi həmin pulu verirsən, amma iş tapmaq şansın çox aşağıdır”,- deyə Səadət Vəliyeva adlı 55 yaşlı gəncəli qadın bildirib.

Aliyə Məmmədxanova adlı Bakı sakini isə yerli KİV-lərə müsahibəsində tələbələrdən qəbul imtahanları zamanı 50 manata qədər ödəniş haqqının alınmasını ədalətsizlik sayır. Onun sözlərinə görə, bu, ali məktəbləri yoxsul ailələrin uşaqlarının üzünə bağlayır. O, Təhsil Nazirliyindən bununla bağlı heç bir cavab ala bilmədiyni vurğulayır.

Əslində, bu məsələ şəhər sakinlərindən çox kənd camaatına təsir göstərir. Bu sirr deyil ki, kənd ailələri hazırda şəhər sakinlərindən daha yoxsul dolanırlar. Orta hesabla 2 hektar yeri olan kən ailəsi il ərzində uzağı 4 ton taxıl yığa bilər ki, bundan da maksimmu 800 manat əldə edər. Ayda 70 manat gəliri olan bir ailə uşağını həm şəhərə aparıb kirayədə qalmaladır (çünki yataqxanalar artıq yoxdur), həm də imtahan üçün təhsil haqqı ödəməlidir ki, yoxsul ailələrin buna imkanı yoxdur. Məhz buna görədir ki, 1000-ə yaxın kənddən son 15 ildə ali məktəbə qəbul olunan yoxdur.
GƏCƏNİN BƏD XƏBƏRİ - Aərbaycanda axır ki, bunu da rəsmiləşdirdilər...

Ekspertlər də bu durumu qəbulolunmaz sayır. Təhsil eksperti Kamran Əsədov İstiPress-in əməkdaşı ilə söhbətində problemlərin Dövlət İmtahan Mərkəzinin pablik şəxs elan olunmasından sonra başladığını bildirilir:

“Bundan sonra Dövlət İmtahan Mərkəzi (DİM) üçün ayrılan büdcə vəsaiti dayandırıldı. Əvvəllər DİM-ə hər il 7 milyon manat pul ayrılırdı. Həmin vəsait qurum üçün geninə-boluna bəs edirdi. Amma indi qəbul imtahanları zamanı bundan dəfələrlə çox pul yığılır. Yəni yalnız bakalavr təhsilinə qəbul üzrə 13-17 milyon manat vəsait yığılır. Buna görə imtahanlar üçün yığılan vəsaitlər bir neçə dəfə azaldılmalıdır. Dövlət maliyyədəşdirilməsi bərpa olsa idi, daha yaxşı olardı”,- deyə Kamran Əəsdov vurğulayır.
GƏCƏNİN BƏD XƏBƏRİ - Aərbaycanda axır ki, bunu da rəsmiləşdirdilər...
Düzdür, ekspertlərin bəziləri iddia edirlər ki, guya qəbul imtahan üçün tələb olunan 50 manat elə də böyük pul deyil, bəs repetitor üçün hər fənn üzrə ayda o qədər ödəyirlər və s. Amma bu cür düşünənlər unudurlar ki, yalnız varlılar üçün nəzərdə tutulmuş ali təhsil cəmiyyətdə neo-kasta sistemi yaranmasına səbəb olar, dövlətin sosial mahiyyətini məhv edər. Yoxsullar əgər vəziyyətlərini düzəltmək üçün imkan tapmazlarsa, bu, cəmiyyətdə təbəqələşməni artırar ki, bu, çox qorxuludur. 1917-ci ildə baş vermiş bolşevik inqilabı bunun nə ilə nəticələnə biləcəyin üçün bariz örnəkdir.