backend

“Akkord” Sənaye Tikinti Korporasiyası yeni şirkət yaradıb

“Akkord” Sənaye Tikinti Korporasiyası yeni şirkət yaradıb
















Vergilər Nazirliyi “Akkord Industrial Company” MMC-nin dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Elçin Oqtay oğlu Qasımovdur.

Nazirlik “Akkord Industrial Company”nin Müşahidə Şurasının üzvlərini də açıqlayıb. Bunlar Fariz Məmmədəli oğlu İbrahimli, Dərya Müsəllim oğlu Vəliyev (“Akkord Sənaye Tikinti Korporasiyası” ASC-nin 49%-lik səhmdarı) və Rəsul Qardaşxan oğlu Orucovdur.