backend

Bakıda silahlı insident: 6 yaralı - FOTO

Bakıda silahlı insident: 6 yaralı - FOTO






















Əkbərovlar ailəsi bundan öncə də, Şaiq Quliyevə qarşı eyni əməli törədib.

Bu gecə Bakının Xətai rayonunda qonşular arasında baş verən kütləvi dava silahlı insidentlə nəticələnib. Hadisə vaxtı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

qaynarxett.az ANSPRESS-ə istinadən xəbər verir ki, rayonun Nazim Şükürov küçəsində baş verən hadisə zamanı qonşuluqda yaşayan iki ailə arasında dava düşüb.

Əvvəlki ədavəti unutmayan Əkbərovlar ailəsi qonşuları Şaiq Quliyevlə küçənin girişində mübahisə ediblər. Sonu davaya çevrilən mübahisə zamanı Sənan Əkbərov ov tüfəngi ilə Şaiqə məxsus “Mercedes” markalı maşına bir neçə dəfə atəş açıb.

Bunu görən Şaiq isə maşını ilə birgə dayısı Bəybala Azadəliyevin yaşadığı ünvana gəlib. Bundan sonra Əkbərovlar ailəsi davanı sona çatdırmaq üçün Şaiqin dayısının evinə üz tutublar. Bəybala Azadəliyevin evinin qarşısında baş verən dava nəticəsində ev yiyəsi və Şaiq Quliyev, eləcə də qarşı tərəfdən Rauf, Sənan Əkbərovlar, həmçinin onların atası Sahəddin və anaları Təzəgül müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar. Bəybala Azadəliyevin sözlərinə inansaq, Əkbərovlar ailəsi bundan öncə də, Şaiq Quliyevə qarşı eyni əməli törədiblər.

İnsidentdən xəbər tutan Xətai rayon polis idarəsinin əməkdaşları adıçəkilən ünvana baş çəkiblər. Zərərçəkən və hadisə şahidlərinin ifadələri alınmaqla yanaşı tüfəngə məxsus gilizlər də maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalar aparılır. Hələlik insidentin tam dəqiq səbəbləri açıqlanmır.

Bakıda silahlı insident: 6 yaralı - FOTO

Bakıda silahlı insident: 6 yaralı - FOTO