Komadan ayılan deputat evə buraxıldı

Sosial 31-01-2018, 20:16
Komadan ayılan deputat evə buraxıldı














Milli Məclisin deputatı Nəriman Əliyev komadan ayılıb evə buraxıldı.

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Nəriman Əliyev komadan ayılıb tam reabilitasiya keçdikdən sonra evə buraxılıb.

Bu barədə XALQ.AZ-a məlumat verən Milli Məclisin deputatı, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bildirib ki, Nəriman Əliyev ağır keçən müalicələrdən sonra evə buraxılıb. Rəşad Mahmudov qeyd edib ki,Nəriman Əliyevin orqanlarında ki, problemlər həm ürək,ağ və qara ciyər,böyrək, və beyin funksiyaları artıq öz fəaliyyətinə dönüb. Kritik durum artıq geridə qalıb.Komadan ayıldıqdan sonra tam reabilitasiya və aparılan intensiv müalicə prosesləri keçərək bu gün xəstəxanadan evə buraxılıb.

Mən hesab edirəm ki, bu həqiqətən Nəriman Əliyevin timsalında Azərbaycan səhiyyəsinin böyük üğurudur, hətta buna bənzər kritik vəziyyətdə olan xəstələrə dərhal müalicəsi mümkündür. Nəriman Əliyevin xəstəliyi tək ölkəmiz üçün deyil həm avropa həmçinin dünya üçün ağır qiymətləndirilirdi. Mən prezidentimiz İlham Əliyevin səhiyyə sistemində bu potensialı yaratdığına görə təşəkkürümü bildirirəm,həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səhiyyə sahəsində düşünülmüş və məntiqli siyasəti və diqqəti belə uğurlarımıza səbəbdir. Səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkürümü bildirirəm Nəriman Əliyevin xəstəliyi dövründə hər zaman öz diqqətini əsirgəmədi, və həmçinin Bakı Ürək Mərkəzinin bütün əməkdaşlarına. Bu gün dünyanı da valeh qoyan çox məşhur tibbi ekspertlərin ümidinin kəsildiyi zamanda belə bir nəticənin olması hər birimiz üçün qürürverici hadisədir. Mən hamını təbrik edirəm. Bir daha Nəriman müəllimin yaxınlarına keçmiş olsun deyirəm və Allah Nəriman müəllimin bundan sonrakı həyatında uğurlarını davam etdirsin”.

Millət vəkili Rəşad Mahmudov bildirib ki, Nəriman müəllimin fəaliyyəti, qısa bir müddət ərzində ev şəraitində müalicəsini davam etdirdikdən sonra işini davam etdirəcək. Sabah Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında iştirakı tibbi tərəfdən uyğun görülmür.
Oxunub: 263
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10