backend

Diqqət: Paytaxtda bu gənc itkin düşüb - VİDEO

Diqqət: Paytaxtda bu gənc itkin düşüb - VİDEO






















O, bir söz demədən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bakıda 23 yaşlı gənc itkin düşüb.

qaynarxett.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən ANS TV-yə verilən məlumata əsasən, İsmayıllı rayonu ərazisində qeydiyyatda olan, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yeni tikilidə yaşayan 23 yaşlı Gülməmmədov Vüqar Məqamət oğlu 05 oktyabr 2014-cü il tarixdə saat təxminən 12.00 radələrində bir söz demədən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun əynində göy rəngli parça gödəkçə, göy rəngdə cins şalvar, ayağında qara rəngli idman ayaqqabıları olub. Gülməmmədov Vüqar Məqamət oğlunun əlamətləri belədir.

Boyu 170 sm, saçları qara, gözləri şabalıdı, qarabəniz, orta bədən və uzunsov sifət quruluşludur. Odur ki, Gülməmmədov Vüqar Məqamət oğlunu görənlərdən və ya onun haqqında hər hansısa məlumatı olanlardan 450-02-02 şəhər və 055-855-89-58 mobil nömrəsinə zəng edərək xəbər vermələri xahiş olunur.