backend

Gəncə şəhər Baş Polis İdarəsi rəisi Faiq Şabanovun avtoxuliqan oğlunun özbaşınalığı Şok! Şok! Şok!

Gəncə şəhər Baş Polis İdarəsi rəisi Faiq Şabanovun avtoxuliqan oğlunun özbaşınalığı Şok! Şok! Şok!















Ölkədə cəzasızlıq hökm sürdükcə məmur özbaşınalığı da davam edir. Bu məsələ dəfələrlə ən yüksək postlarda oturan şəxslər tərəfindən etiraf edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, məmurlar və onların övladları özbaşınalıqlar edir, insanları incidirlər, ictimaiyyət arasında narazılıq yaradırlar. Ölkə rəhbəri öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmurlarının vəzifədən çıxarılacağı ilə bağlı kəskin bəyanat versə də Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov və onun oğlu, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə rəisi Hüseyn Şabanov özbaşınalıq etməkdə hələ də davam edir.

Dəfələrlə deyilməsinə, mətbuatda yazılmasına baxmayaraq yenə də vəzifəsindən sui istifadə edərək qanunları pozan, haqsızlıqlar etməklə insanları dövlətdən narazı salan, şəxsi avtomobili ilə avtoxuliqanlıq edən Hüseyn Şabanov növbəti dəfə yol nəqliyat hadisəsi törədib. Hüseyn Şabanov idarə etdiyi 90-OJ-090 dövlət nömrə nişanlı “Range Rover” markalı minik avtomobili ilə dekabrın 21-dən 22-nə keçən gecə Göygöl rayonunda yaşayan sevgilisi Jalənin evinə gedərkən yolu keçən piyadanı, Kəlbəcər rayonundan olan məcburi köçkün vətəndaşımızı vurub. Bu hadisə, eləcə də onu törədən şəxsin kimliyi və onun cəzasız qalması barədə məlumat bir müddət mətbuatdan gizlin saxlanılsa da Patriot.az saytına edilən çoxsaylı müraciətlər əsasında aparılan araşdırmalar həqiqəti üzə çıxarıb.

Məlum olub ki, avtomobillə sərxoş vəziyyətdə yüksək sürətlə hərəkət edərək qəza törədən və piyadanı vuran Hüseyn Şabanov olsa da atası Faiq Şabanov övladının bu hərəkətini ört-basdır etməyə çalışıb. O, daxili işlər naziri cənab Ramil Usubov tərəfindən özünün və oğlunun vəzifədən uzaqlaşdırılacağından ehtiyyat edərək oğlunun törətdiyi avtomobil qəzasının məsuliyyətini yüksək məbləğdə pul qarşılığında başqa bir adamın öz üzərinə götürməsinə çalışıb və buna nail olub. Hüseynin evində mühafizəçi işləyən xalası oğlu Racif bu qəzanın məsuliyyətini öz üzərinə götürüb. Qanunsuz yolla Hüseyn Şabanov məsuliyyətdən yayınıb. Bu məsələdən ölkə Prezidenti İlham Əliyevin və daxili işlər naziri Ramil Usubovun xəbəri olmayıb. Məmur övladının bu özbaşınalığının gizlin saxlanılması hadisə zamanı zərər çəkən insanın ailə üzvləri, qohumları, Kəlbəcər rayon sakinləri tərəfindən böyük narazılığa səbəb olub. Kəlbəcərlilər hadisənin Hüseyn Şabanov tərəfindən avtoxuliqanlıq edərkən törədildiyini və buna görə də məhz onun məsuliyyətə cəlb edilməsini tələb edirlər. Rayon sakinləri Patriot.az saytına bildirib ki, qəzanın məsuliyyətini öz üzərinə götürən xalası oğlu Racifin həyat yoldaşı Hüseyn Şabanovun evində qulluqçu işləyir. Hüseyn hadisəni ört-basdır etmək üçün qəza törətdiyi 90-OJ-090 dövlət nömrə nişanlı “Range Rover” markalı minik avtomobilini həmin gün başqa adama satıb. Həmçinin, vurduğu piyadanın ondan şikayətçi olmaması üçün ona avtomobil hədiyyə edib və pul verib.

Gəncə və Göygöl sakinləri redaksiyamıza bildiriblər ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə rəisi Hüseyn Şabanov tez-tez bölgədəki istirahət mərkəzlərində sərxoş vəziyyətdə olur, əxlaqsız qadınlarla kef edir, ayrı-ayrı şəxslərin pulla bağlı “razborka”larında iştirak edir, insanlara hədə-qorxu gəlir. Xalqın malını, sərvətini talayaraq özünə xoş güzəran quran Faiq Şabanov və oğlu Hüseyn Şabanov açıq-aşkar şəkildə insanları təhdid etmək və hədələməkdən çəkinmir. Yerli sakinlərin sözlərinə görə Hüseyn Şabanov ilk dəfə deyil ki, qanunları belə kobud şəkildə pozur.

Gəncədə ictimai təhlükəsizliyin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması kimi məsuliyyətli bir iş Faiq Şabanova həvalə edilsə də, görünən odur ki, rəis ata heç öz oğlunun qanunsuz əməllərinin qarşısını ala bilmir. Kəlbəcər sakinləri mətbuat vasitəsilə cənab nazirimiz Ramil Usubova xahiş edirlər ki, həmin məsələ düzgün araşdırılsın, hadisəni törədən Hüseyn Şabanov məsuliyyətə cəlb edilsin. Biz inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Daxili İşlər Nazirliyi və müvafiq qurumlar Hüseyn Şabanovun cəzasız qalmaması və növbəti belə özbaşınalıqların baş verməməısi üçün tədbirlər görəcəklər. Biz Patriot.az saytı olaraq bu məsələ ilə bağlı araşdırmanı davam etdirəcəyik.


Hüseyn Şabanov

Gəncə şəhər Baş Polis İdarəsi rəisi Faiq Şabanovun avtoxuliqan oğlunun özbaşınalığı Şok! Şok! Şok!

Hüseynin xalası oğlu Racif

Gəncə şəhər Baş Polis İdarəsi rəisi Faiq Şabanovun avtoxuliqan oğlunun özbaşınalığı Şok! Şok! Şok!