backend

Təcili!!! OGLU İŞDƏN QOVULDU, ÖÜNƏ İSƏ SON! - Binəqədi camaatı toy-bayram edir...

Təcili!!! OGLU İŞDƏN QOVULDU, ÖÜNƏ İSƏ SON! - Binəqədi camaatı  toy-bayram edir...

Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən azad olunub

FİA.Az xəbər verir ki, Elnur İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib. Mayor rütbəsi verilən Elnur İsgəndərov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı.

O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında sabiq Vergilər Naziri Fazil Məmmədov tərəfindən təyin edilmişdi. Elnur İsgəndərov Fazil Məmmədovun bacısı oğludur.

Fazil Məmmədov vəzifəsindən azad edildikdən sabiq nazirin vergidə vəzifə verdiyi bir çox yaxını işdən çıxarılıb.

İşdən çıxarılanların siyahısında 65-ci şəxs Fazil Məmmədovun bacısı oğlu, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərov olub.

Onların arasında Qabil Tarquliyev Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun bacısı oğlu, Fəxrəddin Poluxov Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki səfiri Elxan Poluxovun qardaşı, Azər Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun kürəkəni var.

Nəsimi Cəfərov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni, Famil Miriyev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bibisi oğlu, Kəmaləddin Baxşəliyev və Çingiz Abdullayev isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tələbə yoldaşları da var.

Turac Mahmudov və Firdovsi Aslanov keçmiş vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşları, Rahim Əfəndiyev isə yaxın dostu və ailə biznesini idarə edən şəxsdir.

Təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənilib.

Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.

Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdıırlıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib.

Yəni dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb.

Amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.

FİA.Az xəbər verir ki, Elnur İsgəndərovun bahalı “Range Rover” markalı, Az 99 AA 812 nömrə nişanlı maşını var.

Rayon ərazisində tikinti üzrə bütün işlər onun nəzarətində aparılır. İş görmək istəyən hər kəsə “kiçik İsgəndərovun” telefon nömrəsi verilir. E.İsgəndərovun Binəqədi ərazisi üzrə hər kənd və qəsəbədə 3-4 nəfər işçisi var.

Bu şəxslər həmin ərazidə tikinti aparan şəxslərdən pul alaraq birbaşa icra başçısının oğluna çatdırır. Hətta kimsə həyətində tikinti işi görürsə, E. İsgəndərov əmisi oğlu Valeh İsgəndərovu həmin əraziyə yollayaraq məlumatı öyrənir.

Əgər həmin şəxs pul vermirsə, Valeh İsgəndərov və dostları müdaxilə edirlər. Valeh İsgəndərov da qeyri-rəsmi olaraq Binəqədi İcra Hakimiyyətində əsas vəzifələrdən birini tutur.

Ötən həftənin sonu mediada xəbər yayıldı ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov Almaniyada müalicəsini yarımçıq qoyaraq ölkəyə qayıdıb.

Gecə yarısı təyyarədən düşən başçı iş yerinə gəlib, ətrafındakılara başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili sahmana salmağa tapşırıb.

Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib. Yanvarın 12-də səhər rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb.

Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar.

Buna baxmayaraq tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub.

Lakin oğlunun işdən çıxarılmasından sonra X.İsgəndərovun da icra başçısı postundan yola salınacağı gözləniləndir.

Artıq yaxın vaxtlarda Binəqədi rayonuna icra başçısı təyin olunacaq. Binəqədi camaatı indidən toy-bayram edir. Çünki X.İsgəndərov rayonda heç bir iş görməyib.