backend

Bakıda keçirilən bal yarmarkasında dava düşdü

Bakıda keçirilən bal yarmarkasında dava düşdü






















Azərbaycanlı arıçılar qırğızlara hücum etdilər.

Bakıda keçirilən ənənəvi bal yarmarkasında dava düşüb.

qaynarxett.az xəbər verir ki, buna səbəb yarmarkaya Qırğızıstandan arıçıların qatılması olub.

Məlumata görə, yerli əhalinin qırğızıstanlı fermerlərin alıcılara təklif etdiyi bala üstünlük verməsi azərbaycanlı arıçıların kəskin etirazına səbəb olub. Onlar Qırğızıstandan gələn arıçıların üstünə hücum çəkib.

Bu zaman təhlükəsizlik əməkdaşları aqressiv kütləni sakitləşdirməyə çalışıb. Yerli fermerlər etiraz əlaməti olaraq təşkilatçıları fitə basıb.

Nürəddin adlı fermer “Brifinq”in yarmarkada olan əməkdaşına bildirib ki, Qırğızıstandan gətirilən məhsul keyfiyyətsizdir və əhalini aldadırlar:

“Onlar öz məhsullarını “kraska” qabında satırlar. Keyfiyyətsiz bal satırlar. Bu yarmarka azərbaycanlı fermerlər üçün təşkil olunub. Qırğızıstan balının bu yarmarkada nə işi var!?”.

Qeyd edək ki, oktyabrın 1-dən Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən 13-cü bal sərgi-satış yarmarkası işə başlayıb. Yarmarka oktyabrın 31-dək davam edəcək.

Bu il yarmarkada Azərbaycanın 40 regionundan, Naxçıvan MR və Qırğızıstandan 438 arıçı iştirak edib. Bu sərgidə 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 150 kq vərəmum və 5 kq arı südü satışa çıxarılıb.