backend

Rusiyada azərbaycanlı öz həmvətəninin qətlini sifariş etdi

Rusiyada azərbaycanlı öz həmvətəninin qətlini sifariş etdi






















Cinayətə nikahdankənar cinsi əlaqəyə görə qisas almaq istəyi səbəb olub.

Moskvada qisas almaq üçün qətl sifarişinin üstü açılıb, hüquq-mühafizə orqanlarından İnterfaks-a bildiriblər.

qaynarxett.az İnterfaks-a istinadən xəbər verir ki, məlumata görə, 2013-cü ilin dekabrında 57 yaşlı Azərbaycan sakini iki tanışı ilə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun 24 yaşlı tələbəsi, etnik azərbaycanlının qətlinin təşkili barədə razılığa gəlib.

Cinayətə səbəb tələbənin sifarişçinin qohumu ilə nikahdankənar cinsi əlaqəyə girməsi səbəb olub.

Şübhəli şəxslər rollarını paylaşıblar və 3 fevral 2014-cü ildə 30 yaşlı cinayət təşkilatçısı potensial qurbanla görüş barədə razılığa gəlib ki, onu küçəyə çıxara bilsin.

Cinayətin icraçısı tələbəni Moskvanın şərqindəki Pervomayski küçəsində gözləyib, bundan sonra ona yaxınlaşaraq, atəş açmağa çalışıb. Onların arasında yaranan dava zamanı uğursuz killer tapançadan beş dəfə atəş açsa da, güllə zərərçəkmişin yalnız qarın və sol əlini sıyırıb keçib və ciddi xəsarət yetirməyib. Killer hadisə yerini tərk edib.

Sui-qəsdə cəhd və odlu silahın qeyri-qanuni dövriyyəsi faktı üzrə cinayət işi qaldırılıb. Moskva Cinayət Axtarışı Şöbəsinin əməliyyatçıları şübhəlilərin izinə düşüb və uğursuz sui-qəsdin bütün iştirakçılarını müəyyənləşdiriblər.

Dünən sifarişçi və təşkilatçı xüsusi təyinatlıların dəstəyi ilə Moskvaətrafının Domodedovo və Lübertsı rayonlarında saxlanılıblar. Bu zaman Yar qəsəbəsində yaşayan sifarişçi iki oğlu ilə birlikdə silahlı müqavimət göstəriblər.

İcraçının axtarışı davam edir.

Həmçinin Moskva Cinayət Axtarışı Şöbəsinin mətbuat qrupundan “İnterfaks”a daxil olan məlumata görə, çərşənbə axşamı əməliyyatçılar Rusiya Təhqiqat İdarəsinin Moskva şəhəri üzrə əməkdaşları, Rusiya DİN-nin Moskva üzrə Baş İdarəsinin Xüsusi Təyinatlı Mərkəzinin döyüşçüləri ilə birlikdə xüsusilə ağırı cinayət törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması üzrə əməliyyat keçiriblər.

Polislər əməliyyat və istintaq hərəkətləri üçün Moskvanın Domodedovo rayonunda yerləşən özəl mülkə daxil olmağa çalışan zaman şübhəli şəxsin qohumlarından biri pəncərədən hüquq-mühafizə orqanlarının əməkdaşlarına avtomatik silahdan atəş açıb.

“Xüsusi təyinatlılar təcili tədbir görüblər və ildırımsürətli hücum nəticəsində atəş açanı zərərsizləşidirblər. Polislərin peşəkar hərəkətləri sayəsində ev sakinləri və əməliyyatçılardan heç kim xəsarət almayıb”, - deyə, polisdən bildiriblər.