backend

DIQQƏT!!! DİQQƏT!!! YÜZLƏRLƏ VƏTƏNDAŞA MƏTBUAT SURASININ ADIYLA SAXTA VƏSİQƏ PAYLANIB - Hər bir vəsiqə 500 manat!

DIQQƏT!!! DİQQƏT!!! YÜZLƏRLƏ VƏTƏNDAŞA MƏTBUAT SURASININ ADIYLA SAXTA VƏSİQƏ PAYLANIB - Hər bir vəsiqə 500 manat!
Qaynarxett.az xəbər verir ki, son bir neçə aydır ki, ölkədə reket fəaliyyətlə məşğul olan “jurnalist”lərlə bağlı davamlı tədbirlər görülür. Lakin bütün bunlara baxmayaraq görülən tədbirlər reket “jurnalist”lərə “dur” deyə bilməyib. Mütəmadi olaraq, belə fəaliyyətlə məşğul olan şəxslərin əməlləri üzə çıxır. Ən dəhşətli fakt isə aşagıda dərc etdiyimiz foto-faktdır.
Şəkildə gördüyünüz bu vəsiqə Habil Tagıyev adlı istifadəcinin “Facebook” səhifəsində yayılıb. Bildirilir ki, " Bu vəsiqə Ağdamda bir aptek müdirəsinə 500 manata satılıb.(Aldığımız məlumata görə yüzlərlə belə vəsiqələr paylanıb) Müddəti də 4 il. Xanım müdirəyə də tapşırıblar ki, bu vəsiqə daşdan keçən vəsiqədir, hansı jurnalist gəlsə qəbul etməyin( öz nömrəsini də qoyub ki, gələn olsa bu nömrəyə zəng edin) Çünki, bu vəsiqə Mətbuat Şurasının sədri cənab Əflatun Amaşovun sədri olduğu bir təşkilatın vəsiqəsidir."
Vəsiqənin "etibarlılıgı" ücün Əflatun Amaşovun saxta imzası da qoyulub.

Qeyd edək ki, adı dələduzluqda hallanan Qaynar-Xətt.az saytının təsisçisi Fəxrəddin Əhmədov, direktoru isə Zaur Əhmədovdur.


Araşdırmamız davam edir.
DIQQƏT!!! DİQQƏT!!! YÜZLƏRLƏ VƏTƏNDAŞA MƏTBUAT SURASININ ADIYLA SAXTA VƏSİQƏ PAYLANIB - Hər bir vəsiqə 500 manat!
Qaynarxett.az