backend

Qazaxıstan Putinin təşkilatı haqqında müqaviləni təsdiqlədi

Qazaxıstan Putinin təşkilatı haqqında müqaviləni təsdiqlədi






















Qanun imzalanmaq üçün Nursultan Nazarbayevə göndərilib.

Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları plenar iclasda Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında müqaviləni təsdiqləyiblər, qaynarxett.az“Novosti-Kazaxstan” agentliyinə istinadən xəbər verir.

Təsdiqləmə haqqında qanun imzalanmaq üçün ölkə prezidenti Nursultan Nazarbayevə göndərilib.

Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan mayın 29-da Astanada Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə imzalayıblar. Beləliklə də, MDB məkanında 170 milyon insandan ibarət ümumi bazarın formalaşması başa çatır. Ekspertlər bu bazarın yeni iqtisadi inkişaf mərkəzi olacağını bildirirlər.

Xatırladaq ki, Aİİ-nin yaradılmasının əsas təşəbbüskarının Rusiya prezidenti Vladimir Putinin olduğu bildirilir.