backend

3 milyonluq iddia ilə bağlı SUSQUNLUQ - İTTİHAM

3 milyonluq iddia ilə bağlı SUSQUNLUQ - İTTİHAM













Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Sumqayıtda yerləşən Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin keçmiş müdiri, Laçın rayonundan məcburi köçkün Ağayev Əlibala Eldar oğlu qanunsuz olaraq işindən uzaqlaşdırıldığını iddia edir. 4 övlad atası olan E.Ağayevin iki övladı tələbə, digər ikisi isə məktəblidir. AMEA-nın Polimer Materialları İnstitutunda boş olan kadrlar şöbəsinin rəisi vəzifəsində işləmiş Ə.Ağayev iddia edir ki, AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayev tərəfindən qanunsuz olaraq işdən uzaqlaşdırılıb.

E.Ağayev F.Abdullayevlə bağlı bəzi iddialar da səsləndirib. O, Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezidentin sərəncamı ilə Polimer Materialları İnstitutunun təmiri üçün 3 milyon manat ayrılıb. Ancaq vəsait təyinatı üzrə xərclənmədiyi üçün institut kosmetik təmir olunub: “İnstitutun bir hissəsi təmir olunsa da, digər hissələri bərbad vəziyyətdədir. Köhnə laboratoriyadan bəzi avadanlıqlar sökülərək yenisinə aparılıb”.

Qarşı tərəf barəsində səsləndirilən iddialara cavab verməyib.