backend

“Traxtur”un oyununda idman şərhçisi Muctaba Saidən İNANILMAZ İLK – GÖZÜN AYDIN, AZƏRBAYCAN!!! - ŞOK Video

“Traxtur”un oyununda idman şərhçisi Muctaba Saidən  İNANILMAZ  İLK –   GÖZÜN AYDIN, AZƏRBAYCAN!!! - ŞOK Video

İdman şərhçisi Muctaba Sai Güney Azərbaycanın idman sahəsində Azərbaycan-türk dili ilə bağlı yeniliyə imza atıb.

Teleqraf.com xəbər verir ki, o, Təbrizin “Traxtur” və Məşhədin “Pədidə” komandalarının keçirdiyi görüşü ilk dəfə olaraq Azərbaycan dilində şərh edib.

M.Sai Azərbaycan dilində şərh etdiyi oyunun videosunu “İnstaqram” səhifəsində yayıb. Jurnalistin bu hərəkəti azərbaycanlı istifadəçilər tərəfindən alqışlanıb.

İdman şərhçisi ötən günlərdə “İnstaqram” səhifəsində Azərbaycan komandalarının keçirdiyi görüşlərin Azərbaycan dilində şərh edilməsi ilə bağlı icazə alındığını bildirmişdi.

Qeyd edək ki, “Traxtur”-“Pədidə” görüşü fevralın 2-də superliqa yarışlarının 22-ci həftəsi çərçivəsində Məşhəddə keçirilib. Oyun 3:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.

Qaynarxett.az