backend

Azərbaycanda oğlan qaçırdığı qızı öldürüb kanala atdı

Azərbaycanda oğlan qaçırdığı qızı öldürüb kanala atdı






















Qızın 16 yaşı olub.

Ağcabədi rayonunda meyiti tapılan qızın kimliyi məlum olub.

qaynarxett.az xəbər verir ki, Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, meyit avtomobil yolunun kənarından tapılıb. Araşdırmalar zamanı onun Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Səltənət Mədət qızı Əliyeva olduğu məlum olub.

Onun bir müddət əvvəl 1993-cü il təvəllüdlü Aydın Əbülfəz oğlu Qasımova tərəfindən qaçırılıbmış. Sonradan elə həmin şəxs tərəfindnə qətlə yetirilib. O, qızı boğaraq öldürüb.

Hadisəni törədən Aydın Qasımov saxlanılıb. Hazırda həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

12:29

Ağcabədi rayonunda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub.

qaynarxett.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qızın meyiti bu gün səhər rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb.

Məlumata görə, hələlik adını dəqiqləşdirə bilmədiyimiz qız Gəncə sakini olub. Qızın özünün razılığı ilə tanıdığı oğlan (onun da adı hələlik məlum deyil) qaçırıb. Onlar bu gün səhər saatlarında Ağcabədi rayonunun Cəfərbəyli kəndinin girişində maşından düşərək oğlanın kənddə yaşayan dayısıgilə gediblər. Məlumata görə, yolda olarkən qızın anası oğlana zəng edib və onu təhqir edib. Bu zaman oğlanla qız arasında da mübahisə yaranıb. Nəticədə oğlan qızı boğaraq kanala atıb.

Cinayəti törədən şəxs artıq həbs olunub.