backend

Bakıda özünü yandıran şəxs: Oğlumu göstərin - TƏFƏRRÜAT

Bakıda özünü yandıran şəxs: Oğlumu göstərin - TƏFƏRRÜAT






















Ona kömək edən olmayıb.

Ötən gün Bakının mərkəzində - Rəşid Behbudov adına Mahnı Teatrının binası qarşısında özünü yandırmaqla intihara cəhd edən paytaxt sakininin törətdiyi hadisə ilə bağlı təfərrüatlar bəlli olub.

qaynarxett.az Simsar.az-a istinadən xəbər verir ki, oktyabrın 8-də saat 18:30 radələrində Rəşid Behbudov 26 ünvanında özünü yandıran 1979-cu il təvəllüdlü Əliyev Füzuli Yusif oğlu bu əməli ailə münaqişə zəmnində törədib.

Hadisə yerində olan əməkdaşımızın əldə etdiyi məlumata görə,F. Əliyev özünü yandırmamışdan əvvəl bir neçə dəfə oğlu ilə görüşmək istədiyini tələb edib. Buna məhəl qoyulmadığında isə üzərinə spirt tökərək özünü yandırıb. Bu vəziyyətdə də ona kömək edən olmayıb.

Hətta F. Əliyev yerdə ağır-huşsuz vəziyyətdə belə oğlunu görüb, sonra ölmək istdiyini qışqıra-qışqara deyirmiş.

Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Respublika Yanıq Mərkəzindən isə bildirilib ki, F. Əliyev xəstəxanaya 3-cü yanıq xəsarəti ilə qəbul olunub. Hazırda xəstənin vəziyyəti orta-stabildir.