backend

İlham Əliyevin "gizli rəqibi"

İlham Əliyevin "gizli rəqibi"














"Əgər cənab İlham Əliyevin yerinə Azərbaycanda Prezident postuna açıq və ya gizli iddialılar arasından hər hansı biri olsaydı, onun dövrümüzün ən böyük geosiyasi və geoiqtisadi önəm daşıyan bu addımını ata bilcəkdilərmi? Təbii ki, yox. Bunun üçün gərək İlham Əliev kimi böyük dünyagörüşün, böyük təcrübən, böyük iradən, böyük səbrin və genində genini daşıdığın böyük müəllimin olmuş olsun".
"Ölkə.Az"-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

S.Alıyev növbədənkənar prezident seçkisi ilə bağlı xəbərlə ötən gün Tərtərdə keçirilən hesabat yığıncağı zamanı tanış olduğunu söyləyib:

"Hesabat başa çatandan sonra saytlara, eləcə də sosial şəbəkəyə diqqət yetirəndə artıq saysız-hesabsız şərhlərlə rastlaşdım ki, əksəriyyəti insayder informasiyası olmadan, sadəcə zənn etmələr və fəhmə dayanılaraq irəli sürülən versiyalar idi. Belə versiyalarda isə ancaq onları irəli sürənlərin özləri haqda müəyyən informasiya olur. Artıq Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu haqda açıqlması var. Birincisi, cənab Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur", -deyir ki, bu məhz belədir. Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi ardınca da dünya təcrübəsinə dayanaraq Azərbaycanda da seçkilərin ilin müxtəlif fəsillərində keçirilmələrinin daha məqsədəuyğun olduğunu bildirir. Doğrudan da, bizdə seçkilərin keçirilməsi ardıcıllığı və zamanıyla bağlı müəyyən düzəlişlər edilməliydi və bu yöndə də ilk addım 2016-cı ilin sentyabrında keçirilən refendumla atıldı".

Deputat qeyd edib ki, referendumda Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək prezidentlik müddəti 5 ildən 7 ilə uzadılıb:
"Bununla da 5 ildə 3 müxtəlif seçki keçirmək kimi bir hal aradan qaldırıldı. Əlbəttə, o zaman keçirilən referendum təkcə bu məqsədə xidmət etmirdi. Ümumiyyətlə böyük dövlətlər kimi təcrübəli dövlət adamları da hər hansı mühüm addımı bir neçə hədəfə birdən çatılmasını nəzərə alaraq atırlar. Biz cənab İlham Əliyevin atdığı bir sıra addımlarda da bunu görmüşük. İndi də bu qəbildən olan bir addımın atıldığı heç şübhəsizdir.
Bəli, Əli Həsəndovun da qeyd etdiyi kimi bu il ölkəmizdə bir sıra mühüm, eyni zamanda da beynəlxalq səviyyəli tədbirlərin keçiriləcəyi gözlənilir. Bundan başqa 2025-ci ildə həm Prezident, həm də parlament seçkilərinin eyni vaxtda, hətta eyni ayda keçirilməsi kimi bir reallıqla üzləşmək ehtimalımız vardı. Bunun müəyyən çətinliklər yaradacağı isə hər kəsə aydındır.
Belədə istər-istəməz ya prezident, ya da parlament seçksinin vaxtını dəyişmək lazım gələcəkdi. 2016-ci il referendumunda dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılmasının ona növbədənkənar prezident seçkisini elan etmək hüququ tanıdığını nəzərə alan cənab İlham Əliyev məhz birinci varianta üstünlük verdi və belə bir addımı indi atdı. Bununla da belə demək mümkünsə, əslində 2013-cü ildə keçirilən seçkinin nəticəsində qazandığı prezidenlik səlahiyyətinin vaxtını yarım il azaltdı. Niyə, nə üçün? Təkcə yuxarıda sadaladığımız səbəblər üzündənmi? Zənnimcə, yox. Səbəb daha nə ola bilər? Burada ilk növbədə rəqibləri zərərsizləşdirmək versiyası ortaya atılır. Bu, mümkündür. Ancaq “rəqib” deyəndə mən içi həbsdəki bəlli şəxslər qarışıq ölkədəki çoxsaylı müxalifətçi dərnək başçılarını və digər bosları nəzərdə tutmuram. Hazırda elə bir reallıq var ki, nə onlar, nə də bu ölkədə prezidenlik arzusundakıların heç biri cənab İlham Əliyev üçün rəqib deyillər və ola da bilməzlər.
Niyə ola bilməzlər? Müxtəlif faktlar və arqumentlər gətirmək olar. Mən çox vaxt almadan sadəcə birinin, açıq dənizə çıxışı olmayan Azərbaycanın nəinki regionda, bütövlükdə materikdə nəqliyyat qovşağına çevirilməsinin üzərində dayanacam. Coğrafiyaya, coğrafiyadan da çox geosiyasi reallıqlara rəğmən bu reallaşdırldı. Söhbət o layihədən gedir ki, yəqin xatırlayırsınız, qərbdəkilər Azərbaycan bu haqda təşəbbüslə çıxış etdikdə yumşaq desək, heç də onu dəstəkləmədilər. Təkcə ona görə yox ki, Bakı-Qars dəmir yolu layihəsinin reallaşdırılması bölgəmizdəki bəzi böyük qonşularımız kimi onların da havadarlıq və himayədarlıq etdikləri Ermənistanı tam təcrid vəziyyətində saxlayacaqdı. Həm də və daha çox ona görə ki, bundan sonra ökləmizin müstəqil siyasət yeritmək potensialı bir az da artırdı. Bunu da cənab Prezidentin özünün də dəfələrlə vurğuladığı kimi nə onlar, nə də digər böyük dövlətlər elə də asanlıqla həzm etmirlər.

S.Alıyev vurğulayıb ki, İlham Əliyev kimi liderin hər hansı müxalifətçi dərnək rəhbərindən çəkinərək növbədənkənar prezident seçkisi keçirdiyini düşünmək həddindən artıq qərəzlilik ağılsızlıqdır:

"Belə bir versiya irəli sürmək təqribən ona bənzəyir ki, deyəsən apreldə Ermənistanda keçirilən seçki başa çatan kimi Qarabağ probleminin həllinə start verilir, Sərkisyan bunun qarşılığında özünün törətdiyi cinayətlərin bağışlanmasını, keçmişdəki kimi Azərbaycan vətəndaşı olmasını və oktyabrda öz namizədliyinin də irəli sürülməsini istəyib. Ona belə bir şans verilərsə, güclü rəqibə çeviriləcəyi nəzrə alınaraq secki oktyabrda deyil, məhz indi keçirilir. Cəfəngiyyatdır, deyilmi? Bəli, ancaq bax o versiyalar da təqribən eyni qəbildəndir.
Amma bayaq dediyimizi təkrarlayırıq ki, cənab İlham Əliyev heç də rəqibsiz deyil. Və seçkinin vaxtının irəli çəkilməsində bir çox məsələlər kimi həm də daha çox gərginlik yaranmasına yol açmadan bu rəqibin zərərsizləşdirlməsi, hansısa bir məkrli planın qarşısının alınması da gözdən keçirilə bilər.
Biz dəflələrlə görmüşük ki, bu rəqib hər hansı bir məqsədinə çatmaq, ən azından müəyyən güzəştlər qoparmaq üçün daha çox məhz seçki dönəmlərindən faydalanmağa cəhd edir.
Kimdir həmən rəqib? O, nə şəxsdir, nə dövlət. Çoxbaşlı, çoxsifətli, çoxqiyafəli, çoxüzlü, çoxcoğrafiyalıdır- ilk baxışda mücərrəddir, ancaq mücərrəd olduğu qədər də təhlükəlidir bu “rəqib” dediyimiz. Onun adına qlobal, hegemon, dominant meyl və siyasət də deyə bilərik. Elə bir meyl və siyasət ki, onu yeridənlər dövlətlərin başında əsl Liderlərin dayanmasını elə də arzulamır, milli maraqlarından çıxış edən ölkələrin bir çoxu kimi Azərbaycanın da uğurlarını, müstəqilliyini gözü götürmür, atdığı iddialı və təşəbbüskar addımlardan qıcıqlanır, dörd bir tərəfə səpidikləri xaos toxumunun burada da cücərməsinə çalışırlar.
Bəli, ola bilər ki, belə bir təhlükəli rəqibin zərərsizləşdirilməsinin bir yolu da dediyimiz kimi seçkinin vaxtında təşkilindən və təbii ki, düzgün seçim etməkdən keçir. Seçkinin vaxtı artıq dəqiqdir. Elə Seçim özü də!".