backend

Azərbaycanda atışma: İki qardaş güllələndi

Azərbaycanda atışma: İki qardaş güllələndi






















İsmayılov könüllü olaraq polisə gələrək təslim olub.

Biləsuvarda silahlı insident olub.

Qaynarxettşinfo xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Kənd sakinləri Adış Novruzov və onun qardaşı Bayram odlu silahdan açılmış atəşdən aldıqları güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisəni münaqişə zəminində törədən kənd sakini Fərhad İsmayılov könüllü olaraq polisə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi “Tula” markalı ov tüfəngini də polisə təhvil verib.