backend

DİN Bakıdakı partlayışla bağlı məlumat yaydı – RƏSMİ

DİN Bakıdakı partlayışla bağlı məlumat yaydı – RƏSMİ























1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda marketdə baş verən partlayışla bağlı məlumat yayıb.

qaynarxett.az-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 8-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib.

Nəticədə orada işləyənlərdən - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölüb, xəsarət alan Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılıb, yaxınlıqda dayanmış Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus “KİA”, Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus “Mercedes” markalı avtomobillərə qismən ziyan dəyib, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.