Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ilin 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini rəsmən irəli sürüb. Bu barədə YAP-ın VI qurultayı qərar verib. Qeyd edək ki, hazırda hakim partiyanın qurultayı keçirilir.