backend

TƏCİLİ!!! QANLI DÖYÜŞ BAŞ VERDİ - Ölənlər çoxdur. ABŞ PKK/PYD terrorçularını qorumaq üçün ƏSƏDƏ QARŞI SAVAŞDI!

TƏCİLİ!!! QANLI DÖYÜŞ BAŞ VERDİ - Ölənlər çoxdur. ABŞ PKK/PYD terrorçularını qorumaq üçün ƏSƏDƏ QARŞI SAVAŞDI!

ABŞ Suriya dövlətinin 100 nəfərdən artıq hərbçisini öldürdüyünü açıqlamaqdan belə utanmır

Hurriyyet.org xəbər verir ki, terror təşkilatlarını dəstəkləyən, onlara 5 min tıra qədər silah-sursat göndərən, terrorçulara təlim keçən Amerika artıq onlar üçün açıq müharibə elməkdən belə çəkinmir. Xəbər verdiyimiz kimi Suriya dövlətinin qüvvələri ölkə ərazisində qanunsuz şəkildə yuva salmış, PYD/PKK-nın bir şaxısi olan SDQ-nin qərargahına hücum eləmişdi. ABŞ-ın lideri olduğu koalisiya qüvvələri terrorçuları qorumaq üçün prezident Bəşər Əsədə tabe olan hökuməti qüvvələrinə atəş açaraq, onlarla döyüşə giriblər. ABŞ, Suriya dövlətinin 100 nəfərdən artıq hərbçisini öldürdüyünü açıqlamaqdan belə utanmır.

İŞİD yalanı yenə qüvvədə

Baş verən döyüşdən sonra ABŞ PYD yaraqlılarını İŞİD ilə mübarizədə özlərinin tərəfdaşı kimi gördükləri üçün müdafiəyə keçdiklərini bəyan edib.

Açıqlamada deyilir: “Koalisiya, koalisiya hərbçilərini və ortaq qüvvələrini müdafiə eləmək üçün, İŞİD-ə qarşı qlobal koalisiya missiyasına qoşulan ortaqlarına qarşı hücum edənləri susdurmaq üçün hücuma keçib”.

Həlak olanların sayı 100 nəfərdən artıqdır

Türkiyə mətbuatının yazdığına görə, silahlı toqqumanın bir cəbhəsində ABŞ hərbçiləri və YPG terrorçuları, digər tərəfində isə öz torpaqlarını qoruyan Suriya dövləti qüvvələri və onlara yardım edən “Hizbullah” döyüşçüləri olub. Amerikanın rəsmi açıqlamasında deyilir ki, 500-dən artıq suriyalı hərbçinin iştirak etdiyi hücumda tanklar, toplar və raket sistemlərindən istifadə edilib. Qanlı torruşmazamanı 100 nəfərdən artıq suriyalı hərbçi öldürülüb.

Rusiyadan ilk açıqlama!

Rusiya ABŞ-ın bu açıqlamasından bir neçə dəqiqə sonra Suriya hökumət qüvvələrinin öldürülməsini ABŞ tərəfindən hücum kimi qiymətləndirilib.

Türkiyənin bütün etirazlarına rəğmən, YPG terror təşkilatı ilə əlbir olan ABŞ ilk dəfə rejim qüvvələri ilə toqquşub.

Özü tərəfindən yaradılan İŞİD terror təşkilatına qarşı YPG-ni dəstəkləyən Vaşinqton bu günə qədər terrorçulara qarşı sayı 5 mini aşan tır dolusu silah göndərib. Bu silahlardan bir çoxu hazırda “Zeytun budağı” əməliyyatında əməliyyatında türk həbçilərinə qarşı istifadə edilir.

Hurriyyet.org