backend

Masonlardan “daha bəsdir” mesajı — Loja üzvləri 6 ay hamının sualına cavab verəcək

Masonlardan “daha bəsdir” mesajı — Loja üzvləri 6 ay hamının sualına cavab verəcək














İngiltərədəki mason lojalarını himayəsi altında saxlayan İngiltərə Birləşmiş Mason Lojası (UGLE) bəzi yerli qəzetlərə “Daha bəsdir” başlığı ilə tam səhifə elan verib.
AZTB.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, UGLE-nin yüksək vəzifəli nümayəndəsi Devid Steplz imzası ilə yayımlanan elanda mason təşkilatı ilə bağlı olaraq İngiltərə ictimaiyyətində davam edən müzakirələr səbəbindən masonların “haqsız olaraq damğalandığı” bildirilir: “UGLE 200 mindən çox üzvünün ictimaiyyətə yanlış tanıdılmasının ayrı-seçkilik olduğuna inanır. Sadə və açıq. Üzvlərimiz haqsız yerə damğalandıqlarını hiss etmək məcburiyyətində qalmamalıdırlar”.

Bu mövzuda İngiltərə Bərabərlik və İnsan Haqları Komissiyasına da şikayət etdiklərini deyən Steplz, mason təşkilatının qarşıdakı 6 ay boyunca ictimaiyyətə açıq tədbirlər keçirərək özləri barəsində suallara cavab verəcəklərini qeyd edib.
Xatırladaq ki, İngiltərədə masonluq uzun illərdir, müzakirə mövzusudur. Sonuncu dəfə isə ötən həftə "The Guardian" qəzeti parlamentdəki millət vəkillərinə və müxbirlərə bağlı olaraq fəaliyyət göstərən iki mason lojasının varlığını ifşa etmişdi.