backend

ABŞ-ın Azərbaycan sərhədlərində çaldığı “ölüm zəngi” – İrana HÜCUM BAŞLANDI

ABŞ-ın Azərbaycan sərhədlərində çaldığı “ölüm zəngi” – İrana HÜCUM BAŞLANDI

Suriyada sülh istəməyən ABŞ-ın yeni hədəfi İrandır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Araşdırmalar İnstitutunun rəhbəri professor Salis Yılmaz deyib.

Onun sözlərinə görə, hazırda Amerikada İrana qarşı əməliyyat hazırlığı görülür: “Amerika və İsrail mediasında, həmçinin, dövlətə yaxın vətəndaş cəmiyyəti institutlarında İrana qarşı qorxu yaratmaq kampaniyası aparılır. ABŞ Suriya rejiminə yaxın güclərlə müxaliflərin bir araya gəldiyi Soçi prosesini qəbul etmir. Hərçənd, bu münaqişədə böyük addımdır. Vaşinqton Soçi üçlüyünü (Türkiyə-Rusiya-İran) pozmaq üçün İranı hədəf seçib. Hazırda Amerikada İran üçün “ölüm zəngləri” çalınır. Amerika düşünür ki, Suriya, Yəmən və Livanı ələ keçirmək üçün mütləq İranı məğlub etməlidir. Hazırda bu istiqamətdə ictimai rəy yaradılır. Yəni İrana qarşı hücum əməliyyatı başlayıb, indi ilk addımlar atılır”.

S.Yılmaz deyib ki, Türkiyə və İrana qarşı addımlar ABŞ-ın lap əvvəldən planlaşdırdığı məsələ idi.

“Çevriliş cəhdi və xəndək döyüşləri Türkiyəni dağıtmaq və bölgədə yeni bir dövlət qurmaq planın bir hissəsi idi. Çevriliş cəhdi uğurlu olsaydı, “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları olmayacaq, “terror dəhlizi” layihəsi həyata keçiriləcəkdi. 15 iyulda çevriliş planı baş tutsaydı, Türkiyədən İrana əməliyyat başlayacaqlardı. Türkiyəni qala olaraq istifadə edəcək, bəlkə də türk ordusunu İrana qarşı qaldıracaqlardı”, - deyə o bildirib.