backend

Bakıda qız sevgilisi tərəfindən şantaj olunur: Oğlan intim görüntülərini yayır - VİDEO

Bakıda qız sevgilisi tərəfindən şantaj olunur: Oğlan intim görüntülərini yayır - VİDEO






















“O, mənim saflığımdan istifadə edib”.

Daha bir saf olmayan məhəbbət faktı və onun qurbanı. “Adam içində” verilişinə gələn xanım onu haqlayan problemin çözülməsi üçün verilişin yaradıcı heyətindən kömək istəyib.

qaynarxett.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, gənc xanım keçmiş sevgilisi tərəfindən şantaj olunduğunu deyir. Vəziyyətdən çıxış yolu tapa bilməyən Natəvan Talıbova üz tutub “Adam içində” verilişinə.

Natəvan Talıbovanın dediklərinə görə o, həmin şəxslə 3 il əvvəl yolda təsadüfən tanış olub. Əvvəl oğlanın təkliflərini qəbul etməsə də, sonradan onun israrları Natəvan Talıbovanı fikrindən daşındırıb. Yəni xanım ona inanmağa başlayıb. Daha sonra 3 il birlikdə yaşamağa başlayıblar. Natəvan yaşadığı şəxslə aralarındakı münasibəti rəsmiləşdirmək istədikdə isə sevdiyi şəxs hər dəfə bir bəhanə ilə söhbətdən yayınırmış.

“Ona olan sevgim böyük olub. İnanmamışam ki, nə vaxtsa məni aldada. Gözləyirdim ki, o nə vaxtsa düzələr, nə vaxtsa ağıllanar. Hər halda insanıq. Bilirsiz o mənim saflığımdan istifadə edib”- deyə şikayətçi Natəvan Talıbova qeyd edib.

Natəvan xanımın dediyinə görə, onu şantaj edən şəxs silah kimi 3 il ərzində çəkilmiş intim şəkillərdən istifadə edir. Bu cür niyyəti olan şəxsin səmimiliyinə necə inanmaq olar? Bu suala cavab olaraq xanım ürəyində ona qarşı yaranan sevginin böyüklüyünü və saflığını göstərir.