backend

«TÜRKAN»DA NƏ TÜRKÇÜLÜK QALIB, NƏ DƏ Kİ, MİLLİ-MƏNƏVİ ƏXLAQIMIZ

«TÜRKAN»DA NƏ TÜRKÇÜLÜK QALIB, NƏ DƏ Kİ, MİLLİ-MƏNƏVİ ƏXLAQIMIZ























Bakımızın mərkəzində deyil, bir qədər kənarda - Bakı-Sumqayıt yolunun sağında «lövbər» salan, bu cənnəti-ümmanın nə diqqəti cəlb edəcək gözəlliyi, nə də ki, bir füsunkarlığı var.

«Türkan» bəlkə də bu ümməni-məkan bir kimsəyə tanışdırsa, başqa bir kimsəyə yaddır. Öz-özlüyümüzdə bu ümmani-məkanın səs-sorağını eşitsək də, nə üzünü görmüşdük, nə də ki, sifətini. Elə ki, gördük, əlqərəz başa düşdük ki, orda-burda söylənilənlər elə düz imiş. Bakımızın mərkəzində deyil, bir qədər kənarda - Bakı-Sumqayıt yolunun sağında «lövbər» salan bu cənnəti-ümmanın nə diqqəti cəlb edəcək gözəlliyi, nə də ki, bir füsunkarlığı var. Amma, müştəri bolluğu «Türkan»ı hər kəsə tanıtdırır. Artıq bəzi insanlar üçün sevib-seçilən bu ünvan, paytaxt Bakımızdan Sumqayıta gedən yolda ən xod gedən bir məkandır.
Çünki, əksər ünvanlardan fərqli olaraq, «Türkan» istirahət mərkəzində gecədən səhərə yuxusu ərşə çəkilən gözətçi hər kəsin hüzurunda sərasər dayanır. Elə ki, həmin ünvana ayaq basdın, bu zaman müştəri gəlişini səbirsizliklə gözləyən cavan oğlandan belə bir söz eşitməli olursan: «Siz neçə nəfərsiniz və hansı qiymət həddində otaq istəyirsiniz»? Maşallah! Bu zaman başa düşürsən ki, birmərtəbəli «Türkan» istirahət mərkəzi boydan balaca olsa da, əməllərində boldur.
Nəysə, birmərtəbəli binada yerləşən bu cənnəti-məkanın otaqları həm gözəldir, həm də bir-birindən qəşəngdir. Hər otaqda yemək stolu, televizor, hamam və ən vacib olan yataq dəsti də var. Kimə bunlar lazımdırsa, üz tutsun «Türkan» istirahət mərkəzinə. Hətda, birdən kiməsə xidmətin başqa növü, yəni, qızların lap «sütülü» lazımdırsa, onu da həmin ünvandan tapmaq mümkün olur.
Əcəba, sən dünyanın işinə bir bax! «Türkan» istirahət mərkəzində Elşən adlı qağanın rəhbərliyi altında peyda olan belə qanunlarla, «müqəddəs qaydalar»la müştərilərə nə kimi xidmətlər göstərilir? Bax budur, həmin ünvanda xidmətin görünən üzü.
Çox maraqlı haldır ki, bu gün insan alveri qurbanlarının cinsi zorakılığa məruz qalmalarının qarşısını almaq üçün, hələ 2004-cü ildə ölkə rəhbəri, möhtərəm İlham Əliyev milli fəaliyyət planını təsdiq etmişdi. Amma, bu gedişlə deyəsən Elşən qağanın defakto sahiblik etdiyi «Türkan» istirahət mərkəzində nə milli fəaliyyət planı yada salınır, nə də ki, hansısa bir mənəvi əxlaq. Bəs, onda nə edək?! Hər şeyə göz yumub, sakitmi dayanaq? Yox əzizlərim, əl-ələ verib xalqımızın milli-mənəvi əxlaqını, Elşən qağanın rəhbərlik etdiyi ünvanın yad əməllərindən qoruyaq. Yoxsa, həmin ünvanda baş alıb gedən həngamələrin səs-sorağı uzun, dedi-qodusu çox olacaq.
Əslində, bu gün həmin ünvanda baş alıb gedən həngamələrin qarşısını almağın yeganə bir yolu var, o da hüquq-mühafizə orqanı əməkdaşlarının müdaxiləsi, günahkarların cəzalandırılmalarıdır. Elə bu səbəbdən də, «Türkan» istirahət mərkəzində Elşən qağanın çıxartdığı hoqqaların bəzi işartılarını mətbuat səhifəsinə çıxarmağı özümüzə borc bildik ki, qoy bu haqda aidiyyatı qurumlar da məlumatlı olsunlar. Əks halda, «Türkan» istirahət mərkəzində Elşən qağa nə bir türkanlıq qoyacaq, nə də ki, bir azərbaycançılığı saxlayacaq. Amandır, ey fələk, sən özün bizi Elşən qağanın ədabaz hərəkətiərindən, bir də ki, «müqəddəs qanun»larından qoru! Yoxsa...

Üç qat Həci xanım kimdir?

Qəribədir, Bakı-Sumqayıt şossesində yerləşən "Türkan" kafesi məmurların razılığı ilə açıq-aşkar fəaliyyət göstərir və bu obyektə hüquq-mühafizə orqanları belə müdaxilə edə bilmir. Çünki, həmin ərazidə yerləşən digər kafelərdə insan alverinin qarşısı alınsa da, polislər bura yaxın gələ bilmir.
Sakinlər qeyd edir ki, həmin kafeyə Sumqayıt, Abşeron və Bakıdan sifarişlə fahişələr gətirilir. Burada çörək yeməyə gələn vətəndaşlardan inanılmaz dərəcədə artıq pul alınır. Belə ki, kafedə iki nəfər yüngül nahar edirsə, sonda həmin müştərilərdən 2 qat artıq pul alınır. Narazılıq edən şəxs isə polislə hədələnir. Artıq bir neçə dəfə kafedə bahalığa narazılıq edən şəxslər həbs edilib. Kafedə narazılıq edənlər obyektdə saxlanılan idmançılar tərəfindən döyülür və Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidməti əməkdaşları ilə qorxudulur. Pulu çatmayanlardan gurov kimi mobil telefonları,kimliyini təstiq edən sənəd və s. alınır.

Araşdırmalarımız zamanı onu da öyrənmişik ki, «Türkan» həcc ziyarətində olmuş bir qadındır. (bu barədə gələn sayımızda-red). Məhz həmin qadının sayəsində «Türkan» kafesinə ən yağlı, yəni pullu müştərilər gündəlik gəlirlər. Hər ay həm kafedəki istirahət, əyləncə və yemək-içmək, həm də fahişələrin xidmətlərindən milyonlarla manat pul qazanan «Türkan»nın rəhbərliyi əsl maxinasiyaya yol verirlər. Onlar həm vergi orqanlarına, SES-ə, həm də Dövlət Sosial Müdafiə Fonduna ödəmələrdən külli miqdarda maliyyə vəsaitini yayındırırlar. Nəticədə xarici və bahalı maşınlara, villalara və s. malik olublar.
«Türkan» kafesinin bu cür qanun pozuntularına yol verilməsinə nədən göz yumulmasına gəlincə, bu kafenin rəhbərliyi “hər ay Sumqayıt şəhər Polis İdarəsininə, İnsan Alverinə Qarşı Mübarizə idarəsinə aylıq haqq, yəni, «şapka» verdiyini” söyləyirlər. Necə deyərlər, arxalı köpək qurd basır, keçəl halva yeyir, puluna minnət. Araşdırmalarımız davam edir...

P.S: Qeyd edək ki, ”Türkan” adı artıq Sumqayıt və Bakı şəhərində,respublikamızın digər bölgələrində “ad”çıxardığına və hüquq mühafizə orqanlarında “qara siyahıya” salındığına görə adı dəyişilərək “Zirvə” qoyulub.Əslində isə “Türkan” elə əvvəlki əxlaqsızlıq yuvasıdır.