backend

GECƏNİN BƏD XƏBƏRİ: Döy başına öl ay kasıb... - TƏCİLİ!!!

GECƏNİN BƏD XƏBƏRİ: Döy başına öl ay kasıb... - TƏCİLİ!!!

Bu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb

Bu haqda Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvarında ötən ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb.

Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olub.