backend

Nazirin Kürdəmir fiaskosu: idarə rəisi 5 mədəniyyət şöbəsini talayır - Dosye

Nazirin Kürdəmir fiaskosu: idarə rəisi 5 mədəniyyət şöbəsini talayır - Dosye

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi müdiri Elman Məmmədov Beyləqan mədəniyyət şöbəsində qanunsuzluqlara göz yumur

FİA.Az-ın sosial şəbəkələrə istinadən verdiyi xəbərinə görə, şöbənin direktoru Nazim Mirzəyev Elman Məmmədova aylıq “haqq” ödəməkdə ittiham olunur.

Ona görə də regional idarə müdiri şöbə direktorunun fəaliyyətindəki özbaşınalıqları nazirlikdən gizlədir. Mədəniyyət və Turizm Nazirliyinin struktur islahatları görünür ki, nəticə verməyib.

Regional idarələrin yaradılması heç bir müsbət effekt verməyib və əks-islahata çevrilib. Çünki regional idarələrə rəhbərlik edən müdirlər yerlərdə özlərini padşah, icra başçısı kimi aparırlar.

Halbuki, nazir Əbülfəs Qarayev struktur islahatını həyata keçirərkən yerlərdə idarələrin işinin effektivliyini planlaşdırmışdı.

Ancaq media tez-tez ayrı-ayrı regional idarələrdən və şöbələrindən şikayətlər gəlməkdədir.

Onlardan biri də Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi müdiri Elman Məmmədov və Beyləqan mədəniyyət şöbəsi rəhbəri Nazim Mirzəyevdir.

Mətbuatdakı xəbərlərə görə, Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyev hər ay işçilərin maaşlarından 20 manat özünə götürür.

Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi yaradılıb. Bu struktur dəyişikliyi Elman Məmmədova düşərli olub.

Çünki beş rayonun şöbə müdiri ona tabedir və mənimsəmələr, yeyintilər E.Məmmədovun birbaşa iştirakı və razılığı ilə həyata keçirilir.

Odur ki, Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyev hər ay işçilərin maaşlarından 20 manat özünə götürür və bu məbələğdən E.Məmmədova da pay çatdığı bildirilir.

Mediada yayılan məlumatlara görə, Nazim Mirzəyev yığdığı "xəracı” onunla əsaslandırır ki, idarənin bəzi xərcləri üçün büdcədən vəsait ayrılmır və o, yığılan vəsaitləri məhz idərinin problemlərinə xərcləyir.

Nazim Mirzəyev mədəniyyət evlərində adı olub özü olmayan xeyli "ölü canların” adına yazılan əmək haqqını cibinə qoyur.

İdarə rəisinin Xocavənd, İmişlidə kütləvi ixtisarlar aparması, işçiləri incitməsi, nazirin tapşırıqlarına əks addımlar atması, Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş konserti yarımçıq tərk eləməsi haqda mətbuatda kifayət qədər yazılıb.

Füzulidə mədəniyyət şöbəsi rəisi işlədiyi dövrdə Elman Məmmədova yaxın bir şəxsə məxsus “KENZO-2014” MMC (130000 min manat), “Vüsal E-S” MMC ( 317000 min manat) vasitəsi ilə maxinasiya həyata keçirilib.

Təkcə 2014-cü ildə Elman Məmmədov bu MMC-lər vasitəsi ilə 500 min manata yaxın vəsait silib.

Ayrılan vəsaitlər isə öz növbəsində avadanalıqların, inventarların, dəftərxana ləvazimatlarının, maşın ehtiyyat hissələrinin alınması və digər xərclər adı altında sənədləşdirilib.

Əhmədbəyli, Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Babı, Kərimbəyli, Mollaməhərrəmli, Əhmədallar, Arayatlı, Bala Bəhmənli, Alxanlı, Sovucuq 1, 2, 3, 4, 5, 6, 7, 8 kənd və qəsəbələrində yerləşən mədəniyyət evləri, kitabxanalar, klublar sadəcə formal fəaliyyət göstərir.

Belə ki, rayonun Alxanlı, Kürdmahmundlu, Əhmədallar, Arayatlı, Babı, Mollaməhərrəmli, və Sovucuq qəsəbələrindəki kitabxanalarda ən azı 2 işçi “ölü candır”.
Kənd kitabxanalarında adı gedən işçilərin əmək haqqları isə Elman Məmmədovla baş mühasibə çatır.

Qarşı tərəfi dinləməyə hazırıq.