backend

Mirşahin: Həcc kimlər üçün ziyarət, kimlər üçünsə ticarətdir - VİDEO

Mirşahin: Həcc kimlər üçün ziyarət, kimlər üçünsə ticarətdir - VİDEO






















“İlahi, sən bizi təmiz saxla!”.

Bilmirəm nə üçün, amma qəribədir ki, internetə daxil olanları ziyarətçi adlandırırlar. Baxmayaraq ki, burada yəqin ki, məsələn elə müsafir sözü daha yerinə düşərdi. Çünki Kim Qardaşyana baxmaq üçün kompüter arxasına keçənə necə ziyarətçi demək olar... Nə bilim. Mən indi sizə əsl ziyarətçilərdən danışacağam. Onlar pak olub qayıdıblar...

qaynarxett.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Mirşahin Ağayev deyib.

“Milyonlarla müsəlman hər il olduğu kimi bu il də Allah evini ziyarətə yollandı. Kimisi Allaha yaxın olmaq üçün, kimisi sadəcə hacı adını qazanmaq, kimisi isə alver etmək və kimisi isə yuxarıda adıçəkilən zavallı zəvvarlardan olan-qalan pullarını çıxarıb evlərinə lüt buraxmaq üçün. Hacı adını qazanmaq bir qədər baha başa gəlir, elə hər mənada. Hacı olmaq üçün zəvvarlar qarşısında ağır dolanbaclı və bahalı yollar dayanıb. Bu yolları keçib uğurla başa vurmaq isə böyük səbr və hünər istəyir.

Başlayaq Məkkədə Kəbə evinin ziyarətindən. Orada zəvvarları füsunkar məbəd gözləyir. O məbəd ki, bütün dünyada namaz qılanlar üzlərini onun istiqamətinə yönəldir. Amma sən demə, həm də həddən artıq böyük bir izdiham. Necə deyərlər iynə atsan yerə düşməz. Bununla belə müqəddəs ocaqda da kəmiyyət keyfiyyəti üstələyir. Burada ziyarəti kənardan izlədikdə Kəbə evini tavaf edənlərin heç də hamısının, hara və nə üçün gəldiyinin anlamadığı açıqca müşahidə olunur. Artıq burada müsəlmanların iki cərgəyə bölündüyü aydın olur. Bir cərgədə saf inamı ilə Allaha ibadət edənlər, digər cərgədə isə nəyin bahasına olursa-olsun öz maraqlarını həyata keçirənlərdir.

Kəbə evi ətrafındakı izdihamın ardı-arası kəsilmir. Açıq-aydın görsənir ki, buradakı zəvvarların sayı buranın tutumuna əsla uyğun gəlmir. Bu, tualet və dəstəmaz növbələrində öz təsdiqini tapır. Məscid Haramın ətrafında tualet və dəstəmaz kompleksləri var. Amma bura düşmək hər hünərli oğulun işi deyil. Yenə də iman sınağı. Ucu-bucağı görünməyən növbələr bəzi ölkələrdən gəlmiş zəvvarları təngə gətirir və onlar bu problemi özlərinə məxsus tərzdə həll etmək qərarına gəlirlər. Müqəddəs məscidin bir addımlığında bir kənara çəkilib işlərini görürlər, vəssalam. Lakin bu tualet və dəstəmazxanaların sayını çoxaltsalar sözsüz ki, problem də həll oluna bilər. Elə Kəbənin ətrafında tikilən ticarət mərkəzləri və bolluca otellər əvəzinə.

Bir məqama da diqqət yetirək. Həcc ziyarətində dünyanın hər bir tərəfindən müsəlmanlar beynəlxalq bir toplantıda iştirak edib bir-birinin adət-ənənəsi, durumu ilə tanış olmaq, çətinlikləri ilə bölüşmək, uğurları ilə sevinmək imkanı qazanır. Peyğəmbərimiz də elə bunu istəyirdi. Qərb dövlətlərində müxtəlif qurumlar 70-80 nəfəri bir araya gətirmək üçün külli miqdarda pul xərcləyib, müxtəlif layihələr hazırladığı halda dinimizin Həcc ayini hər il milyonlarla müsəlmanı bir araya toplayır. Özü də öz vəsaitinə. Amma təəssüflər olsun ki, İslam ümməti bu fürsəti də qaçırır. Kimlərsə bunu bilə-bilə edir ki, nə badə müsəlmanlar ünsiyyətə girib bir-biri ilə mədəni, iqtisadi və ictimai əlaqələr yaratsınlar. Həccin əməllərindən biri də xüsusi günlərdə Ərafat, Mina adlanan yerlərdə qalmaqdır. Əsas məqsəd zəvvarların bu yerlərdə ibadət etməsi, Allahla qırılmaz təmas qurması, dualar edib ondan bağışlanmağı diləməsidir. Amma bunun üçün əlverişli şərait olmalıdır. Daha doğrusu bir şərait yaradılmalıdır. Hər şeydən əvvəl qeyd edək ki, zəvvarların bu yerlərə səfəri təmin edən nəqliyyat vasitələri olduqca nizamsızdır. Əraftdan Müzdəlifəyə gedən avtobuslara minmək üçün zəvvarlar gərgin şaraitdə saatlarla vaxt itirməli olurlar. Onlar müəyyən olunmuş yerə gəlib çatdıqda isə hər iki tərəfdən maşın yolu ilə əhatə və setkaya alınan quru yeri minlərlə zəvvarı yerləşdirirlər. Bura qiyamət səhnəsini xatırladır. İnanmaq çətindir ki, Allahın qiyamət günündə belə intizamsızlıq və nizamsızlıq höküm sürsün.

Minada çadırlar qurulub və ilk baxışda əlverişli şərait var. Amma buranın da öz dərdi var. Həcc ayının 10-cu günü zəvvarlar böyük şeytanı simvolizə edən sütunu daşlıyırlar. Bunula da bütün pisliklərə, günah işlərə, nəfsani istəklərə şeytanın bərli-bəzəkli hiylələrinə yox deyir. Allaha sədaqətlərini nümayiş etdirilər. Sonra qurban kəsirlər. Yeri gəlmişkən, qurban üçün nəzərdə tutulmuş qoyunların, mal-heyvanların saxlanma yeri insanlar üçün nəzərdə tutulan yerlərdən qat-qat səliqəlidir. Buna görə yəqin ki, qurbanlıq qoyunlar Həcc təşkilatçılarına minnətdardır. Qurban kəsildikdən sonra zəvvarlar Minada qaldıqları çadırlara gəlir. Burada dəstəmaz alınan yerin kənarındaca başlarını sabunlayıb qırxırlar. Və tüklərini, nə qədər qəribə görünsə də elə ayaq altına atırlar. Burada saç qırxmaq üçün xüsusi otaqlar qurulmayıb. Və hərə hara gəldi – kimisi yolun ortasında, kimisi isə hətta mətbəxt üçün ayrılmış məkanda saçlarını qırxıb yerə tökür. Yer, ayaq altı sabunlu tüklərlə dolub. Antisanitariya kulminasiya nöqtəsinə çatır.

Daha sonra başlarını qırmış zəvvarlar yuyunmaq üçün üz tuturlar tualetələrə. Bəli səhv eşidmədiniz tüaletlərə. Səudiyə hökuməti burada milyonlarla müsəlman üçün qurulmuş çadır şəhərciyində onsuz da çatışmayan, dar tualetlərdə duş quraşdırıb. Və heç bir gigiyeniq norma uyğun olamayan şəraitdə zəvvarlar paltarlarını asmağa belə yer tapmayan tüalet hamalarında çimməyə məcbur olurlar. Tualet hamamların sayı məhdud olduğundan burada saatlarla növbəyə durmaq lazım gəlir. Bir də ki, ayaq yolunun pislikləri üzərində çimmək bütün bundan əvvəl və sonra edilən amilləri batil edə bilər və bəlkə də edir. Amma başqa çıxış yoluda yoxdur.

Qidalanmaq da bir başqa problemdir. Mina çadırlarının kənarlarında su içmək üçün xüsusi kanalar da quraşdırılıb. 40 dərəcə istinin yandırdığı bu çöllüklərdə susuz keçinmək olmaz. Amma buradan su içmək elə də asan deyil. Belə ki, kanalların 4 yanı qlaq-qalaq zibillərlə əhatə olunur. Kimin əlinə nə düşür bura atıb gedir. Zibil də tüğyan edir. Sanki bu müqəddəs yerlərdə təmizlik sistemi ümumiyyətlə işləmir. Bu bir tərəfdən bura gələn zəvvarların öz qabliyyəti, digər bir tərəfdən isə həcc ziyarətini təşkil edən müvafiq qurumlarıöz işlərinin öhdəsindən gələ bilməməsi ilə bağlıdır.

Minada zəvvarlar cəmi 2-3 gün qalırlar. Amma bura diqqətlə baxdıqda adama elə gəlir ki, illərlə yığılıb qalmış zibilliyin əhatəsindəsən. Nəzərinizə çatdırmaq istəyim bir fakt da var. Səudiyə Ərəbistanı höküməti Həccə gedən zəvvarlar sayını özü müəyyənləşdiri və yalnız ayaq basdıya görə, yəni ölkə ərazisinə buraxılışa görə 300 ABŞ dolları alır. Bu isə öz növbəsində nə az, nə çox 1 milyard yarımdan çox pul təşkil edir. Bundan əlavə bütün nəqliyyat, yatmaq, yemək və ən çox pul sərf edilən içmək bunu da hesablasaq demək olar ki, bu ərəfədə Səudiyyə Ərəbistanı 10 milyard dollara yaxın məbləğdə pul qazanır. Lakin zəvvarlara mal-qaradan pis imkanlar təklif edir. Ən marqlısı isə budur ki, bütün bu problemlər nəyinki heç kəsi ciddi düşündürmür, əksinə ildən ilə eyni şəraitdə daha artıq sayda zəvvara Həcc vizası verilir pul gəlsin.

Demək müsəlmanları ilahi həcc ziyarəti Səudiyə məmurlarına əməli başlı ticarətdir. Bunu özləri də etiraf edirlər. Bir məmurun bizə dediyinə görə onlar Həcc zamanı qazandıqların sonra bütün il yeyirlər. Bax belə.

Beləliklə Həcc kimlər üçün ziyarət, kimlər üçünsə ticarətdir. Kimlərsə illərlə həsrətində olduğu Həccə yollanmaq üçün qəpik-qəpik pul toplayıb maddiyatını mənəniyyatına sərf edib. Kimlərsə mənəviyyatını maddi maraqlarına qurban verib bu ziyarətə sadəcə gəlir mənbəyi kim baxır. İslamın ən böyük ibadəti biri olan Həcc madi maraqların əsirinə çevrilir. Hər il zəvvarlardan yığılan külü miqdarda vəsait hesabına Məkkədəki ziyarət yerlərini olduğca gözəl və əlverişli şərait yaratmaq olardı. Ziyarət məkanlarını dəmiryoll ilə birləşdirib nəqliyyat problemini həll etmək, çadır şəhəriçiklərinə sanitar gigyenik mühüti tənzimləyib ibadət üçün münasib şərait yaratmaq. Nəhayət zəvvzrların sayını mövcud imkanlara münasib həddə çatdırmaq Səudiyə kralığı kimi varlı bir dövlət üçün əsla çətin deyil.

İnanıram ki, Həcc ziyarətindən qayıdan zəvvarlarımız, ziyarətçilərimizin dualarını Allah-Taala qəbul edib. Və ümumiyyətlə kaş müsəlmanların Allahdan dilədikləri arasında bir dua həmişə ola. İlahi sən bizi təmiz saxla! Amma bu duanı edəndə də elə düşünmək lazım deyil ki, Allah gəlib bizi özü çimizdirməlidir...”.