backend

Təyyarə qəzasında ölənlərin ailələrinə 1 milyon rubl kompensasiya verilib — FOTO

Təyyarə qəzasında ölənlərin ailələrinə 1 milyon rubl kompensasiya verilib — FOTO












Moskva vilayətinin qubernatoru Andrey Vorobyov qəzada ölənlərin ailələrinə 1 milyon rubl (29.200 AZN) kompensasiya verildiyini açıqlayıb.
AZTB.info “Ria Novosti”yə istinadən xəbər verir ki, təyyarə qəzasında həlak olanların yaxınları artıq bu məbləği alıb. Kompensasiyanı onlara Orenburq vilayətinin səlahiyyətliləri verib.

Qəzanın baş verdiyi ərazidə isə axtarış işləri davam edir. Hadisə yerində təyyarənin qara qutusu da tapılıb. Əraziyə işləri sürətləndirmək üçüm xizəkli-tırtıllı avtomobillər cəlb olunub.

Fövqəladə Hallar Xidmətinin əməkdaşlarının sözlərinə görə, ölənlərin bir çoxunun şəxsiyyətini müəyyənləşdirmək üçün DNT-ekspertizaya ehtiyac var.