backend

İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi














Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
AZTB.info xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri cənab Vladimir Putinə
Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".