backend

Azərbaycanlıları belə öldürdülər - VİDEO

Azərbaycanlıları belə öldürdülər - VİDEO






















Onların Kobanidə öldükləri güman edilir.

Azərbaycan KİV-lərində yayılan və rəsmən təsdiqlənməmiş məlumatlara görə, Suriyada İŞİD qruplaşması tərkibində döyüşən iki azərbaycanlı həlak olub.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, onlardan birinin Abu Abdurauf al-Azeri adı ilə döyüşən Seymur Topçubaşov olduğu bildirilir. O, artilleriya bölməsinə rəhbərlik edib. Digərinin isə Sumqayıtdan olan və Abu Sureyya adını daşıdığı deyilir.

Onların harada öldüyü açıqlanmasa da, Suriyanın şimalında - Kobanidə öldükləri güman edilir.

Azərbaycanca danışan “İslam dövləti” yaraqlılarının səsi aşağıdakı videoda eşidilir. Video Kobani ətrafında çəkilib.

Ümumiyyətlə, “İslam dövləti” sıralarında döyüşən azərbaycanlıların dəqiq sayının 200-300 arası olduğu ehtimal olunur.