backend

Bu təhsil ocağında "dədə-baba üsulu" qüvvədədir - FOTOFAKT

Bu təhsil ocağında "dədə-baba üsulu" qüvvədədir - FOTOFAKT
















Yazıya başqa sərlövhə tapa bilmədik. Çünki aşağıda görəcəyiniz fotolara başqa ad vermək olmur. Ölkəmizin şimal qapısı olan Yalamada yaşayan oxucularımızdan birinin bizə göndərdiyi fotoşəkillər və aldığımız zənglər nəticəsində məcbur olduq ki, bu rəzaləti qələmə alaq. İzləyicilərimiz bizi qınamasınlar. Bəlkə də kimlərsə irad tutacaq ki, bu mövzuda yazmaq heç məsləhət deyil. Amma çarə yoxdur. Təxminən 650 şagirdin təhsil aldığı və 60 nəfərdən çox müəllimin işlədiyi məktəbin oğlanlar üçün nəzərdə tutulmuş tualeti həqiqətən də çox acınacaqlı və ürəkağrıdan vəziyyətdədir. İnsan dəhşətə gəlir. Biz hansı əsrdə yaşayırıq? Köhnə taxtalardan ibarət sınıq-salxaq və hər an yıxılmaq təhlükəsində olan tualeti necə görməmək olar? Məgər rayon təhsil şöbəsinin müdiri Mədinə xanım Nurməmmədovanın yolu heç vaxt bu məktəbə düşməyib? Və yaxud Yalama inzibati ərazi dairəsində dövlət strukturları yoxdur? Bəs məktəbin direktoru Şahnamaz Səvzixanov bu rəzalətə necə dözür? Ayıbdır, vallah ayıbdır. Bu tualeti görənlər bizim haqımızda nə düşünərlər? Yoxsa, normal iki-üç dirək və taxta da tapmırıq? Millətin övladlarını bu antisanitariya ocağına girməyə vadar edənlər xəcalət çəkmirlərmi? Bu hələ harasıdır? Yalama tam orta məktəbinin yaxınlığındakı mədəniyyət evində 30 saylı seçki məntəqəsi yerləşir. İndi bütün ölkə seçkilərə hazırlaşır. Bir müddətdir ki, məntəqələr fəaliyyətdədir. Yəqin ki, bu kompaniyanı müşahidə etmək üçün xarici ölkələrdən də uzunmüddətli və qısamüddətli müşahidəçilər gələcəklər. Onların yolu bu tərəflərə düşsə, təhsil ocağındakı rüsvayçı vəziyyətdə olan tualeti görsələr bizim yaşam tərzimiz haqqında nə fikirləşərlər? Yazını uzatmaq istəmirik. Sözümüz rayon təhsil şöbəsinin rəhbərliyinə, yerli icra və bələdiyyə başçılarınadır. Nə qədər gec deyil, bu rəzalətə son qoyun!!!

Onu da əlavə edək ki, rayonun başqa məktəblərində də belə vəziyyət hökm sürür. Vaxt çatıb ki, yerli məmurlar gündən-günə iqtisadi gücünü artıran Azərbaycanın adına xələl gətirən, ilk baxışda böyük görünməyən, əslində isə imicimiz korlayan bu cür hallara son qoysunlar.
“Şimal xəbərləri”



Bu təhsil ocağında "dədə-baba üsulu" qüvvədədir - FOTOFAKT

Bu təhsil ocağında "dədə-baba üsulu" qüvvədədir - FOTOFAKT

Bu təhsil ocağında "dədə-baba üsulu" qüvvədədir - FOTOFAKT

Bu təhsil ocağında "dədə-baba üsulu" qüvvədədir - FOTOFAKT