backend

Manatın “aralıq rejimi” nə vəd edir?

Manatın “aralıq rejimi” nə vəd edir?














Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 manat səviyyəsində qalması “üzən məzənnə” rejimindən imtina edilməsi anlamına gəlmir. Baş bankir əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmədiklərini, odur ki, məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edildiyini bildirib.

Mövzu ilə bağlı bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Axar.az-a müsahibəsini təqdim edirik:

- “Üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” özündə hansı siyasəti ehtiva edir?

- Mərkəzi Bankın son vaxtlar apardığı bu siyasət inflyasiyanı birrəqəmli etməyə yönəlib. O cümlədən, ölkədə hazırda manat kütləsinə nəzarət mexanizmi çox ciddi gücləndirilib. Həm müəyyən qədər xaricə valyuta axınının qarşısı alınıb, həm də Azərbaycanda pul kütləsinin həcmində azalma var. Azalma o mənada var ki, ölkədə pul kütləsinə nəzarət güclüdür. Ona görə də inflyasiya aşağı olur. Bu, qiymət siyasətində də özünü göstərir. Yəni qiymətlərdə ciddi artımlar olmur. Bu, manatın “üzən məzənnə” siyasətində “aralıq siyasəti” deməkdir. Yəni demək olmaz ki, manatın məzənnəsini saxlamaq üçün külli miqdarda vəsait xərclənir. Ancaq müəyyən alətlərdən istifadə edərək manatı eyni səviyyədə saxlayırlar. Bu da ölkə, iqtisadiyyat, istehsal və sahibkarlar üçün çox böyük əhəmiyyət kəsb edir.

- Vahid müəllim, Mərkəzi Bankın hazırda hərraclarda iştirak etməməsi nə ilə bağlıdır?

- Yəni Mərkəzi Bank əlavə vəsait vermir. Ola bilsin ki, Neft Fondunun vəsaitlərindən istifadə edirlər. Onsuz da hərraclarda əlavə vəsaitə baxmaq lazım gəldikdə, Neft Fondu iştirak edir. Qarşıda lazım gələrsə, Mərkəzi Bank da iştirak edəcək. Bu, manatın məzənnəsindən asılıdır. Əgər manatı qoruyub saxlamaq və onun möhkəmlənməsini istəyiriksə, lazım olanda MB bu siyasətə qayıdacaq.

- 2018-ci ildə manatın məzənnəsi necə dəyişəcək?

- Bunu indidən heç kim deyə bilməz. Çünki manatın məzənnəsi dünya bazarında neftin qiymətindən çox asılıdır. Neftin qiyməti dəyişərsə və 45 dollardan aşağı düşərsə, onda müəyyən problemlər yarana bilər. Düzdür, ehtiyatımız var, ancaq cənab prezidentin göstərişinə əsas neft ehtiyatları qorunub saxlanılmalıdır. Neftin qiyməti 55-60 dollar səviyyəsində qalarsa, manat elə hazırkı səviyyədə də qalacaq.

- Bildiyiniz kimi, Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizə endirib. Bunun təsirləri ilə bağlı fikirləriniz maraqlı olardı.

- Əslində, MB-nin bu addımı müsbətdir. Çünki uçot dərəcəsinin iki dərəcə aşağı salınması kredit məsələsinə müsbət təsir edəcək. Belə ki, bu, sahibkarlar üçün kreditlərin ucuzlaşmasına səbəb olacaq
.