backend

Əfsanəvi Məhəmməd Əli danışa bilmir

Əfsanəvi Məhəmməd Əli danışa bilmir



















Vəziyyəti o qədər ağırdır ki, ilin sonuna sağ çıxmaya bilər.

Parkinson xəstəliyindən əziyyət çəkən, əfsanəvi amerikalı boksçu Məhəmməd Əli, onun haqqında olan filmin təqdimatında iştirak edə bilməyib. Qardaşı Rəhmanın sözlərinə görə, boksçu ağır vəziyyətdədir və demək olar ki, danışa bilmir, qaynarxett.az The İndependent-ə istinadən xəbər verir.

“Qardaşımla film barəsində danışa bilməmişik. O, danışmaqda çətinlik çəkir. Amma o çox fəxr edir ki, biz burda ona görə toplaşmışıq”, - Rəhman Əli, məşhur boksçuya həsr edilmiş filmin təqdimatında jurnalistlərə bəyan edib.

2014-cü ilin yanvarında Məhəmməd Əlinin oğlu bəyan edib ki, atasının vəziyyəti o qədər ağırdır ki, ilin sonuna sağ çıxmaya bilər.

Ağır çəki kateqoriyasında üçqat çempion olan Məhəmməd Əli haqqında çəkilən “I am Ali” sənədli filmi noyabr ayının 28-də nümayişə çıxarılacaq.

Hal-hazırda Məhəmməd Əlinin 72 yaşı var. Əfsanəvi amerikalı boksçu, 1960-cı il olimpiya çempionu, peşəkarlar arasında ağır çəki kateqoriyasında üçqat dünya çempionudur. “İlin boksçusu” adının beşqat sahib və XX əsrin 70-ci illərinin nə yaxşı boksçusudur.