backend

Türk qırıcıları Şimali İraqı vurdu

Türk qırıcıları Şimali İraqı vurdu















Türk Silahlı Qüvvələri Şimali İraqa havadan zərbələr endirib.
AZTB.info xəbər verir ki, qırıcılar hücum hazırlığında olduğu müəyyən edilən terrorçulara qarşı hava əməliyyatı həyata keçirib. Nəticədə 8 hədəf məhv edilib.
Türk Silahlı Qüvvələrindən verilən açıqlamada deyilir ki, Sinath-Haftanin, Metina, Gara, Avaşin və Basyan bölgələrində kəşfiyyat və müşahidə vasitələri ilə polis idarələrinə hücum hazırlığında olan terror qruplaşmalarının üzvlərinə qarşı hava hərəkatı keçirilib. Nəticədə terrorçulara məxsus sığınacaq, depo və silah anbarı olmaqla, 8 hədəf məhv edilib.