backend

Yeddi rayonda qaz problemi olacaq

Yeddi rayonda qaz problemi olacaq






















Təmir-quraşdırma işləri aparılır.

Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

qaynarxett.az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan 12:00-dək Hacıqabul, saat 11:00-dan 13:00-dək Bakının Binəqədi və Nərimanov, saat 14:00-dan 16:00-dək Masallı, saat 15:00-dan 16:00-dək Yevlax, saat 16:00-dan 18:00-dək isə Sabunçu və Samux rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.