backend

Suriyada qan su yerinə axır — 1 həftədə 1000-dən çox insan öldürülüb

Suriyada qan su yerinə axır — 1 həftədə 1000-dən çox insan öldürülüb















Fevral ayının ilk həftəsində Suriyada 1000-dən çox insan həyatını itirib, hava hücumlarında xəstəxanalar, məktəblər və bazarlar hədəf alınıb.
AZTB.info “AA”ya istinadən xəbər verir ki, bunu BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, iki ay yarımdır ki, humanitar yardımları ölkəyə çatdırmaq mümkün olmur.
Mistura onu da vurğulayıb ki, Suriyadakı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının təcili dəstəyinə ehtiyac var.