backend

Saakaşvili Hollandiyada şəxsiyyət vəsiqəsi aldı

Saakaşvili Hollandiyada şəxsiyyət vəsiqəsi aldı













Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşviliyə Hollandiyada şəxsiyyət vəsiqəsi verilib.
AZTB.info-nun xəbərinə görə, bu barədə Saakaşvili öz Facebook hesabından məlumat verib.

"Bu gün Amsterdamda son zamanlar ilk dəfə şəxsiyyətimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gələn kimi mənə dərhal Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Prosedur cəmi bir neçə dəqiqə çəkdi”, - deyə M.Saakaşvili yazıb.

O, həmçinin Ukrayna vətəndaşlığını bərpa etməkdə qərarlı olduğunu vurğulayıb.
Xatırladaq ki, fevralın 12-də siyasətçi Ukraynadan xaric edilmiş və o, Polşaya getmişdi.