backend

Gələcəkdən gəldiyini iddia etdi və bu fotonu göstərdi

Gələcəkdən gəldiyini iddia etdi və bu fotonu göstərdi















Aleksandr Smit adlı şəxsin internetdə yayımlanan müsahibəsi böyük marağa səbəb olub.
AZTB.info xəbər verir ki, Aleksandr gələcəkdən gəldiyini iddia edib və 2118-ci ilə aid bir foto da göstərib.

Gizli bir MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) layihəsinin bir parçası kimi gələcəyə göndərilən Aleksandr 2118-ci ildən günümüzə gəldiyini iddia edib. O, qeyd edib ki, MKİ onu axtarır və həyatı təhlükədədir. Bu səbəbdən Smit gizlənmək məcburiyyətindədir.
Hekayəsinə inanmayanları inandırmaq üçün isə, Smit 2118-ci ildən gətirdiyini iddia etdiyi fotonu göstərir. Cibindən çıxardığı keyfiyyətsiz fotonu göstərən Smit zamanda səyahət etdiyi üçün fotonun xarab olduğunu iddia edir.