backend

3 zəvvarımız ölüb,10 nəfər yaralanıb

3 zəvvarımız ölüb,10 nəfər yaralanıb




















Yaralanan şəxslərin 10 nəfərdən artıq olduğu bildirilir

Fövqəladə Hallar Nazirliyi Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərinə gedərkən aşan zəvvar avtobusu ilə bağlı məlumat yayıb.

qaynarxett.az-nun Nazirliyə istinadla verdiyi məlumata görə, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.

Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

Əməliyyat saat 07:30-da başa çatıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata əsasən ilkin ehtimala görə, hadisənin baş verməsinə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilir.